Pekin-Vaşinqton arasında gərginlik
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
11:57 | 19 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 1025 dəfə baxılıb
Şriftin ölçüsü
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
“Blokadanızı donanmamızla yararıq”
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Fevral ayında Oval kabinetdə yaşanan gərginliyin ardından Ukrayna lideri Vladimir Zelenski yenidən Vaşinqtona gəlib. Lakin NATO xarici təhlükəsizlik zəmanətləri Ukrayna üçün kifayət edəcəkmi? Bu dəfə Ukrayna istəyini əldə edə biləcəkmi?
Ukrayna Prezidenti Vladimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtondır.
Görüşdən əvvəl Tramp bildirib ki, Ukraynanın Krımı geri alması və ya NATO-ya qoşulması “masada deyil”.
Zelenski əvvəllər dəfələrlə torpaq güzəştlərini rədd etmişdi. Vaşinqtondakı görüşdə ona Avropa Komissiyası Prezidenti Ursula von der Leyen, NATO Baş katibi Mark Rutte, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, İngiltərə Baş naziri Keir Starmer, İtaliya Baş naziri Corca Meloni və Finlandiya prezidenti Aleksander Stubb kimi Avropa liderləri müşayiət edib.
Tramp sosial media hesabında açıqlamasında bildirib:
“Prezident Zelenski istəsə, savaşı dərhal sona çatdıra bilər və ya davam edə bilər. Xatırlayın necə başladı: Obama 12 il əvvəl Krımı bir güllə atmadan verdi və Ukrayna NATO-ya daxil olmadı. Bəzi şeylər heç vaxt dəyişmir!”
Çətin zirvəyə hazırlıq
Ekspertlər bildirir ki, Zelenski Tramp ilə görüşdə incə bir tarazlıq qorumaq məcburiyyətində olub. Həm Ukraynanın maraqlarını qorumaq, həm də Trampı qarşısına almaq lazım gəlir. Bu səbəbdən Avropa liderlərinin Vaşinqtona gəlişi “tarazlaşdırıcı amil” kimi qiymətləndirilir.
Fevralda Oval kabinetdə baş verən və Trampın Zelenskini “nankörlük”lə suçladığı gərgin görüşün ardından, bu dəfə danışıqların daha diqqətli bir mühitdə keçəcəyi gözlənilirdi.
Lakin Avropa paytaxtlarında Trampın Alaskada Putinlə yan-yana görüntüləri hələ də “Moskva xeyrinə propaganda qələbəsi” kimi qiymətləndirilir.
Təhlükəsizlik zəmanətləri
Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçən həftə Alyaskada keçirilən zirvədə “güclü təhlükəsizlik zəmanətləri” barədə razılıq əldə olunduğu açıqlanmışdı.
Zelenskini ziyarəti, fevralda Oval kabinetdə yaşanan gərginliyin ardından Vaşinqtondakı ilk görüşlər oldu. O zaman Tramp Ukrayna liderini “nankörlük”lə suçlamışdı. Lakin son aylarda ABŞ Prezidenti Rusiyaya qarşı daha tənqidi açıqlamalar verməyə başlayıb.
Zelenski Brüsseldə etdiyi açıqlamada, Vaşinqtonun təklif etdiyi təhlükəsizlik zəmanətlərini “tarixi” adlandırmışdı. Trampın Ukrayna üçün NATO xaricində “kollektiv müdafiə zəmanətləri” olan bir modeldən danışdığı bildirilib.
Fransa Prezidenti Emmanuel Makron isə Trampdan “ABŞ-ın bu zəmanətlərə nə qədər töhfə verəcəyini” açıqlığa qovuşdurmasını gözlədiklərini deyib.
Torpaq mübahisəsi böyüyür
Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, Moskvanın işğal etdiyi beş bölgəyə dair “bəzi güzəştlər” verdiyini irəli sürüb. Xüsusilə Donetsk məsələsində bazar günü ətraflı danışıqların aparılacağı bildirilib.
AFP-yə danışan bir Avropa mənbəsi, Trampın Rusiyanın hələ tam nəzarət etmədiyi Donbas torpaq tələblərinə “müsbət yanaşdığını” bildirib. Lakin Moskvanın Xerson və Zaporijya cəbhələrindəki mövcud xətti “dondurmağı” qəbul edə biləcəyi qeyd olunub.
Polşa Xarici işlər naziri Radoslav Sikorski, “Sülh üçün təzyiq, qurban üzərinə deyil, hücum edən tərəfə edilməlidir” deyərək xəbərdarlıq edib. Makron isə: “Təslim olma anlamına gələn sülhü təklif edən yeganə dövlət Rusiyadır”, – deyib.
Zelenski torpaq güzəştlərini rədd etsə də, Tramp və Putin ilə keçiriləcək üçlü zirvədə bu mövzunu müzakirə etməyə açıq olduğunu bildirib. Lakin Moskva bu ehtimalı hələlik aşağı görür.