
UNICEF-dən qan donduran hesabat
Təcavüz edilən 221 uşaqdan 16-sı 5 yaşından aşağı olub
Təcavüz edilən 221 uşaqdan 16-sı 5 yaşından aşağı olub
Zavod rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticə verdi
Zavod yenidən işə başlayır, hava limanı isə hələ də bağlıdır
“Volkswagen Group”un Brüsseldəki müəssisəsinin işçiləri işə çıxmayıb
Avqustun tən ortasında ...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
İyunun 24-də Avropa Komissiyasının verdiyi məlumata görə, iyunun 25-də Brüsseldə maliyyə vəsaitinin toplanması üçün 2 günlük konfrans keçiriləcək. Məqsəd növbəti 3 ildə inkişaf etməkdə olan ölkələrdə ibtidai təhsilin inkişafı üçün 2.6 milyard avro pul toplamaqdır.
Avropa İttifaqının (Aİ) inkişaf üzrə komissarı Andris Pibalqsın (Andris Piebalgs) nümayəndəsi Aleksandr Polak (Alexandre Polack) konfrans haqqında məlumat verib. O bildirib ki, bu, «Təhsil sahəsində Qlobal Əməkdaşlıq» təşəbbüsünün maliyyə vəsaitinin toplanması üçün keçirdiyi ikinci konfransdır. Avropa Komissiyasının ev sahibliyi etdiyi konfransda təhsil və inkişaf üzrə 600 aparıcı ekspert və 40 təhsil naziri iştirak edəcək. Konfrans əksəriyyəti qızlar olan 57 milyon uşağın təhsildən uzaq olması, həmçinin 250 milyon uşağın layiqli və keyfiyyətli təhsil ala bilməməsi məsələsinin həllinə yönələcək.
Polak bildirib ki, Aİ «Təhsil sahəsində Qlobal Əməkdaşlıq» təşəbbüsünün ən böyük donorudur. Konfransın təşkilatçıları qeyd olunan məsələlərin həlli üçün digər iştirakçılar qarşısında öhdəliklər qoyacaq.
«EurActiv» agentliyinə müsahibəsində Polak bildirib ki, Aİ Komissiyasının ayıracağı məbləğ haqqında Pilbalqs konfransda özü məlumat verəcək.
Nümayəndənin sözlərinə görə, Aİ-nin səyi nəticəsində ötən 10 il ərzində 14 milyon uşaq təhsil alıb. Konfrans uğurlu keçsə, 30 milyon uşaq da təhsil almaq imkanı qazanacaq.
Avstraliyanın sabiq baş naziri Culia Gillard da daxil olmaqla, konfransda çox mühüm şəxslər iştirak edəcək. Culia Gillard donorlar və inkişaf etməkdə olan ölkələr arasında vasitəçilik edən «Təhsil sahəsində Qlobal Əməkdaşlıq» təşəbbüsünün rəhbəridir. Təşəbbüsün məqsədi ibtidai təhsil üzrə «Minilliyin İnkişafı Məqsədi»nə nail olmaqdır.
Konfransda Konqo Demokratik Respublikasının baş naziri Augustin Matata Ponyo, UNESCO-nun baş direktoru İrina Bokova, UNİCEF-in icraçı direktoru Antoni Leyk (Anthony Lake), BMT-nin qlobal təhsil üzrə xüsusi nümayəndəsi və Britaniyanın sabiq baş naziri Qordon Braun, humanitar yardım və böhran məsələləri üzrə komissar Kristalina Georgiyeva və başqaları iştirak edəcəklər.
İyunun 25-də UNİCEF və UNESCO-nun təşəbbüsü ilə keçiriləcək tədbirdə təhsilin 2015-ci ildən sonrakı vəziyyəti üzrə yüksək səviyyəli müzakirələr aparılacaq. Daha sonra Danimarka hökumətinin təşkilatçılığı ilə açılış iclası keçiriləcək. Bütün iştirak edən qurumlar iyunun 26-da GPE fonduna və ibtidai təhsilə ayırmaq istədikləri məbləği açıqlayacaqlar. Qlobal təhsilin inkişafındakı meyillər və yüksək prioritetlər üzrə çoxlu paralel sessiyalar keçiriləcək.