
Aldadılan Putin və fərsiz Lavrov...
Rusiyaya öz üslubunda “tələ” qurublar
Rusiyaya öz üslubunda “tələ” qurublar
Reallıq, yoxsa mif?
Almaniya polisi 42 nəfərə 14 cinayət işi açıb
II yazı
I yazı
Angela Merkel bölgəyə səfəri ilə bu fikri demək istədi
Qərb “Gürcü Arzusu”nu siyasi səhnəyə qaytarır?!
Xanım baş nazirin səfəri haqqında 7 qeyd
ABŞ-ın qorxusundan …
Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?
Erməni lobbisi Merkelin Azərbaycana səfərini qısqanır
Putin: “İş burasındadır ki, belə variantlar heç kimlə keçmir”
“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək...”
Moskva İrəvana xəbərdarlıq etdi
Ermənistanda baş nazir davası qızışıb, İrəvanda genişmiqyaslı aksiyalar davam edir
Erməni jurnalist Rusiya prezidentinə məktub ünvanladı: “Siz də ona yeni nəfəs verə bilməzsiniz”
Ukrayna prezidenti Petro Poroshenko Ukrayna hərbçilərinə separatistlərin hücumuna cavab olaraq tərəddüdsüz atəş açmaq əmri verib, Prezident Administrasiyasının mətbuat xidməti bildirib.
«Dövlət rəhbəri atəşkəsin döyüşçülərin nəzarət etdiyi ərazilərdə daima pozulması baxımından atəşin dayandırılması rejiminin növbədənkənar ləğv oluna biləcəyini istisna etmir», mətbuat xidmətinin məlumatında deyilir.
Sülh planının elanı anından döyüşçülər Ukrayna hərbçilərinə 35 dəfə atəş açıb, 24 iyunda isə onlar doqquz nəfərin həyatını itirdiyi vertolyotu vurublar, Prezident Administrasiyası bəyan edib.
Poroshenko 25 iyunda Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Ollandla və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə telefonla konfransın keçiriləcəyinə ümid edir.
Petro Poroshenko bu danışıqdan sonra «Rusiyanın Ukrayna ərazisində muzdlu döyüşçüləri tərkislah edəcəyinə və geri çağıracağını» gözləyir.
«Barışığın mənası yox idi»
Daha əvvəl tanınmamış «Donetsk Xalq Respublikası»nın lideri Alexander Boroday bəyan edib ki, onun fikrincə, Ukrayna prezidenti tərəfindən elan olunan barışığa əməl etməyin mənası olmayıb.
«Mən indi rəsmi olaraq bəyan edirəm ki, atəşin dayandırılması haqda heç bir razılaşma olmayıb, və belə görünür ki, heç olmayacaq. Rəsmi Kiyev heç bir səlahiyyəti olmadığı məlum olan əlaqəli qrupu göndərərək bizi aldatmağa cəhd edib. Burdan anlaşılır ki, atəşin dayandırılması haqda razılıq olmayıb. Bizə qalan yalnız mübarizəni davam etdirmək olub», Boroday «Komsomolskaya pravda» qəzetinə verdiyi müsahibənin «Youtube»da yayımlanan hissəsində deyib.
«Biz döyüşməyə davam edirik, dünən Kuchmanın təklif etdiyi isə görünür dünya birliyinin gözünü bağlamaq üçün edilib. Kiyevə iyunun 27-nə qədər atəşin dayandırılmasının görüntüsünü yaratmaq lazım idi, belə ki, həmin gün Avropa Birliyi ilə razılaşma imzalanmalıdır. Düşmən Donetskə basqın etməyə hazırlaşır», RİA Novosti Borodaydən sitat gətirir.
Bazar ertəsi tanınmamış «Donetsk Xalq Respublikasının» lideri münaqişənin sülh yolu ilə həlli danışıqlarında bəyan edib ki, separatistlər iyunun 27-dək atəşi dayandırmağa məsuliyyət daşıyır.
Çərşənbə axşamı Ukraynanın şərqində Slavyanskda Mi-8 vertolyotu vurulub-ekipajın üç üzvü və altı hərbçi həyatını itirib.