Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
16:40 | 23 may 2025 | Cümə
Məqaləyə 101 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Merkel Oval kabinet xatirələrini danışıb
Keçmiş kansler: “Bir ölkənin varlığı şübhə altına alınırsa, ...”
Merz və Tramp Ağ Evdə bir-birlərinə nə hədiyyə etdilər?
Merkel: “İndi yatmağa daha çox vaxtım var”
Angela Merkel AB daxilində sərhəd nəzarətinə qarşı açıq şəkildə danışdı və qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün Avropa həllini müdafiə etdi.
Almaniyanın yeni qırmızı-qara hökuməti qeyri-qanuni immiqrasiya ilə mübarizədə sərhəd nəzarətinin artırılmasına və deportasiyalara diqqət yetirir. Bu tədbirlər müzakirə olunmaqda davam edir. Keçmiş kansler Angela Merkel indi bu müzakirələrə qoşulub. Keçmiş kansler açıq şəkildə bu tədbirlərə qarşı çıxdı.
***
“Almaniya-Avstriya və ya Almaniya-Polşa sərhədində qeyri-qanuni immiqrasiya ilə qəti şəkildə mübarizə apara biləcəyimizə inanmıram”, – Merkel mayın 21-də Neu-Ulmdakı “Südwest Presse Forum”da deyib. Almaniyanın keçmiş kansleri özünün “Freiheit” (Azadlıq) tərcümeyi-halından oxumağa dəvət edilib və sonra “Südwest Presse” qəzetinin baş redaktoru Ulrix Bekkerlə müzakirə aparıb. Keçmiş kansler hökumətin gördüyü tədbirlərlə bağlı suala aydınlıq gətirib.
“Mən həmişə Avropa həllərinin tərəfdarı olmuşam”, – deyən Merkel diqqətin AB-nin xarici sərhədlərinin qorunmasına yönəldilməsini tövsiyə edib. Merkel ayrı-ayrı dövlətlərin birtərəfli hərəkətlərinin Şengen və Avropada hərəkət azadlığına baha başa gələ biləcəyi barədə xəbərdarlıq edərək, həll yollarının AB daxilində axtarılması lazım olduğunu bildirib: “Çünki əks halda biz Avropanın məhv olduğunu görə bilərik”.
Almaniyanın keçmiş kansleri cavabına görə alqışlarla qarşılanıb və təşkilatçıların sözlərinə görə, görüşü 900-ə yaxın tamaşaçı da izləyib.
***
Yeni hökumət koalisiyasının hərəkətləri digərləri ilə yanaşı, Avropa Parlamenti tərəfindən də tənqid edilib. Sosial Demokratların AB parlament qrupunun vitse-prezidenti Qabriele Bişof daxili işlər naziri Aleksandr Dobrindi sərt tənqid edib: “Dobrindtin sərhəd nəzarətinin ilk nəticələri nəqliyyat sıxlığı, məyusluq və gecikmələrdir. Bu tədbirlər sərhədi keçənlərə dağıdıcı siqnal göndərir”.
Keçən həftə CSU daxili işlər naziri Dobrindt sərhəd nəzarətini gücləndirmək və qaçqınları sərhədə geri qaytarmaq əmri verib. Polis həmkarlar ittifaqı (GDP) də Dobrindti tənqid etdi. GDP Federal Polisinin rəhbəri Andreas Robkopf, “Bir şey aydındır: Polis yalnız bir neçə həftə intensiv yoxlamaları davam etdirə bilər”, – deyib.
Polşa, Lüksemburq və Fransa da öz tənqidlərini səsləndiriblər.