
SÜLH QƏLƏBƏMİZDİR
Hafizəmizdən silinməyəcək mənzərə
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
«Bu gün Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir. Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmışıq. Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqları təmin edilir. Azərbaycanda yüzlərlə çap mediası vardır, internet azaddır, əhalimizin 70 faizdən çoxu internet istifadəçisidir».
Vaxt.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının iyunun 28-də baş tutan plenar iclasının açılış mərasimindəki çıxışında deyib.
Prezident bildirib ki, bütün bu uğurlar yalnız iqtisadi islahatların aparılması ilə deyil, həm də müasirlik məqsədimizdədir. «Biz olduqca qısa vaxtda müasir, özünə arxalanan ölkə qurmuşuq» deyən İlham Əliyev ATƏT və digər beynəlxalq təsisatlar qarşısında götürdüyümüz öhdəliklərin və apardığımız əməkdaşlığı planlaşdırdığımız bütün işləri icra etməyə imkan yaradacağını söyləyib.
Azərbaycanın hazırda etibarlı tərəfdaş sayıldığını bildirən Prezidentin sözlərinə görə, etimad hər gün qorunmalıdır: »Yalnız bir səhv və ya yanlış addım bu etimadı məhv edə bilər. Buna görə də beynəlxalq ictimaiyyətin bir çox üzvləri, xüsusən Avropa ölkələri ilə fəal ikitərəfli münasibətlər bizim prioritetlərimizdən biridir. Bu sözləri həm də digər qitələrdə olan ölkələrə də şamil etmək olar».
Daha sonra Dağlıq Qarabağ probleminə toxunan Prezident BMT qətnamələrinə diqqət çəkib və kağız üzərində qalan qərarların beynəlxalq təşkilatlara olan etimadı azaltdığını vurğulayıb:
«Nəzərə almaq lazımdır ki, hazırkı Ermənistan dövləti Azərbaycan torpaqları hesabına yaradılıb. ATƏT işğal edilən ərazilərə iki missiya ezam edib. Hər ikisi - fakt araşdırıcı və qiymətləndirmə missiyaları işğal edilən ərazilərdə hər şeyin tam dağıdıldığını qeyd ediblər. Bu, ölü zonadır. Şəhərlərimiz yerlə yeksan olunub, tarixi abidələrimiz dağıdılıb, məscid və qəbiristanlıqlarımız ermənilər tərəfindən məhv edilib. Bu, fakt araşdırıcı və qiymətləndirmə missiyaları tərəfindən etiraf olunur. Biz bu təşəbbüslərə görə ATƏT-ə minnətdarıq. Lakin yenə də bu hesabatlar münaqişənin həllində heç bir rol oynamır. Biz münaqişənin nizamlanmasına nail olmalıyıq. Bu, bizim ölkəmizə, xalqımıza, qaçqınlarımıza lazımdır. Region buna ehtiyac duyur. Çünki Ermənistan-Azərbaycan münaqişəsi region üçün əsas təhlükə mənbəyidir. Gərginliyin azaldılması, etimad doğuran mexanizmlərin yaradılması və etimad doğuran tədbirlərin gücləndirilməsi üçün ən münasib yol erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması ola bilər».
Problemə baxmayaraq, iqtisadi inkişaf dinamizmindən danışan İ.Əliyev son 10 ildə Azərbaycana 170 milyard dollar məbləğində sərmayə yatırıldığını vurğulayıb: «Keçən il bu göstərici 28 milyard dollar olub. Bu rəqəmin 70 faizi yerli, 30 faizi isə xarici sərmayədir».