
Qaydalar başdan-ayağa dəyişdi
Hava limanlarında əvvəllər fikir verilməyən bir çox şey indi tamamilə qadağan oldu
Hava limanlarında əvvəllər fikir verilməyən bir çox şey indi tamamilə qadağan oldu
Aviaşirkətlər kredit reytinqlərini artıraraq “Covid-19” sonrası bərpa sürətini davam etdirir
Nikol Paşinyan: «Onun vaxtında Ermənistanda olduqca çox siyasətçi öldürülüb»
Erməni müxalifəti: «Bu saziş suverenliyimizi məhdudlaşdıracaq»
Çağımızda medianın «ağıllanması»
Çağımızda medianın «ağıllanması»
Çağımızda medianın «ağıllanması»
Parisdən İrəvana uçan «Air France» hava şirkətinə məxsus təyyarə «Zvatnos» hava limanında qəzadan son anda qurtula bilib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hava limanına eniş zamanı təyyarə sol tərəfə güclü şəkildə əyilib, şassi uçuş zolağına toxunub və pilotlar ilk cəhddə uğurlu eniş edə bilməyiblər. Bu səbəbdən hava limanı ətrafında ikinci dəfə fırlanan təyyarə bir anda yeksəkliyə qalxıb.
Məlumata görə, təyyarənin sol qanadı da uçuş zolağına toxunub. Ancaq zərbə güclü olmayıb. Bu zaman təyyarənin içində panika yaranıb, sərnişinlər qışqırıblar, çoxlu uşaq olduğu bildirilir. Sərnişinlərdən birinin dediyinə görə, bu zaman heç kim onlara heç nə izah etməyib. Yalnız sərnişinlərdən birinin müdaxiləsindən sonra pilot deyib ki, xırda anlaşılmazlıq baş verib.
Nəticədə təyyarə hava limanı üzərində 40 dəqiqə dövrə vurub, bu zaman da ciddi silkələnmə olub. Sərnişinlərdən birinin sözlərinə görə, təkrar eniş zamanı təyyarə sanki üzrümüş. Bu zaman qadın sərnişinlərdən birinin ürəyi gedib. Ona yardım üçün həkim briqadası çağırılıb.