
Avropada avtomobil oğurluğu artır
Sığorta şirkətləri müflis olma durumunda
Sığorta şirkətləri müflis olma durumunda
Avropa müdafiəsi ABŞ-a əmanət edilir?
Marketlərdə bu iki məhsuldan uzaq durun
“Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımalıdır”
Fransa və Almaniyada Asiya pələng ağcaqanadı təhlükəsi
Almaniyada hərbi xidmət gənclər üçün cazibədar edilir
35 il əvvəl yox olduğu düşünülən virus Almaniyada yenidən peyda oldu
Almaniyanın keçmiş İqtisadiyyat naziri xaricə köçür
Kreuzbergə 1000 nəfərlik qaçqın mərkəzi açılır
Almaniyada tələbə kreditlərinə maraq azalıb
“Daimler Truck” Avropa ölkəsində islahata gedir
“Əgər ehtiyat tədbirləri görülməsə, on minlərlə insan istidən ölə bilər”
Dili bilməyən şagirdlər üçün qapılar bağlanır
İki ölkə arasında gərginlik böyüdü, səfir nazirliyə çağırıldı
1 vətəndaşı huşu itənə qədər döyən 4 məmur mühakimə olunur
Almaniyada 107 illik logistika şirkəti məhkəməyə müraciət edib
Almaniyanın kansleri Angela Merkel Almaniyada «islamla bağlı problemlərin olduğunu» bildiyini etiraf edib. O deyib ki, problemi həll etmək üçün təzə ideyası var: almanlar xristian ənənələrinə sadiq qalaraq milad nəğmələri oxumalı və fleyta çalmalıdırlar.
«Bizim partiyamızın adında «C» hərfi var» (Kansler rəhbəri olduğu Xristian-Demokratik İttifaqının (CDU) adındakı «xristian» sözünü nəzərdə tutur), deyə Kansler Meklenburq - Qərbi Pomeraniya torpağındakı çıxışı zamanı bildirib. Bu torpaqda onun partiyası immiqrantlara qarşı çıxan populist «Almaniya üçün alternativ» (AfD) partiyasından daha az səs yığıb.
Problemlərdən xəbərdar olduğunu deyir
«Biz hələ nə qədər milad nəğməsi bilirik? Onların nə qədərini uşaqlarımıza və nəvələrimizə ötürəcəyik?» Kansler bu ritorik suallarla partiyasının siyasət və iqtisadiyyatda mötədil katolik dəyərlərinə sadiqliyi vurğulamağa çalışıb.
Merkel daha öncə müsəlmanların alman cəmiyyətinin ayrılmaz hissəsi olması barədə fikirlər səsləndirib. Ancaq indi o, «islamla bağlı problemlərdən xəbərdar olduğunu» deyir. O, insanları bu sınaqdan çıxmaqdan ötrü xristian mədəniyyətini xatırlamağa çağırır.
«Biz nəğmələri kağızda çap edib fleyta çalan dostlarımızın köməyilə ifa etməliyik», deyə o əlavə edib.
Toplantıda bəzi adamlar onun sözlərinə gülüb. Ancaq kansler "tamamilə ciddi olduğunu» deyərək sözünə davam edib. O əlavə edib ki, «əks halda, vətənimizin bir hissəsini itirəcəyik».
Ancaq Almaniyada antimüsəlman əhval-ruhiyyəsinin güclü olduğu bir vaxtda kanslerin bu təklifi bəzi siyasətçilərin təəccübünü doğurub.
«Əla ideyadır»
«Məncə milad nəğmələri oxumaq əla ideyadır. Mən özüm də onları oxuyuram. Ancaq fleyta çalmaqla Almaniyanın islamlaşmasını əngəlləməyin mümkünlüyünü düşünmək ağ oldu», deyə Avropa Parlamentinin üzvü, ifrat sağçı «Almaniya üçün alternativ» partiyasının sədr müavini Beatrix von Storch bildirib.
«Özü də bu tövsiyə adında «C» olan partiyanın nümayəndəsindən gəlir. Bu hərf C vitaminini yox, xristianlığı bildirir», von Storch əlavə edib.
Merkelin ənənəvi alman dəyərlərini qorumaq çağırışı ötən ay onun rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (CDU) yerli özünüidarəetmə seçkilərində bir sıra dairələrdə məğlub olmasından sonraya təsadüf edir.
İfrat sağçı, açıq-aşkar antimüsəlman mövqeyi tutan AfD-nin bu seçkilərdə xeyli irəliləməsi Merkel-in gələn il federal seçkilərdə dördüncü dəfə qələbə qazanması ehtimalını azaldıb. Kansler ən böyük məğlubiyyətə Berlində uğrayıb. Burada AfD səslərin 14,2 faizini qazanıb.
Üçüncü yer
Angela Merkel həmçinin Meklenburq - Forpommern dairəsində də məğlub olub. Burada CDU Sosial-demokratlar və ifrat sağçı AfD-dən sonra üçüncü yeri tutub.
Son 10 il ərzində Meklenburq - Qərbi Pomeraniya torpağı Sosial-demokrat partiyası (SPD) ilə CDU-nun «böyük koalisiyası» tərəfindən idarə olunub. Bu koalisiya həm də hakimiyyətin federal səviyyədə hazırkı durumunu əks etdirirdi.
Müşahidəçilər bu nəticəni Merkelin immiqrasiya siyasəti ilə əlaqələndirirlər. CDU-nun bir çox seçiciləri bu siyasətdən narazı qalaraq, bu dəfə AfD-yə səs veriblər.
2016-cı ilin sentyabrından AfD Almaniyanın 16 ştatının 10-da parlamentə daxil ola bilib.
2005-ci ildən bəri hakimiyyətdə olan Merkel hələ 2017-ci ildə dördüncü müddətdən ötrü mübarizə aparacağını elan etməyib.