
Saakaşvili qədər vətənsevər olmaq
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
“Mənim sakitcə sönməyimi görməyəcəksiniz...”
Ukraynadan Gürcüstana sərt cavab
Mixail Saakaşvili yenə öz üzərinə ağır missiya götürüb
... Yaxud Gürcüstanda, Ukraynada və Moldovadakı sinxron proseslər
Saakaşvili: “Poroşenko məndən tələb edirdi ki…”
Zelenskinin sağ kəsimin də dəstəyini qazanmaq istəyir
Saakaşviliyə Ukrayna vətəndaşlığı qaytarıldı
Putin Saakaşvilini müdafiə etdi
Ukrayna niyə artistə üstünlük verdi?
“Xalqın xidmətçisi” kim olacaq?
İkinci turda hansı namizədlər yarışa bilər?
Ukraynanı ancaq o xilas edə bilər
Ukrayna prezidenti üç cəbhədə mübarizə aparmaqla, reytinq cədvəlinə də başçılıq edir
Mixail Saakaşvili Ukraynada siyasi hakimiyyət uğrunda mübarizə aparacaq yeni siyasi partiyanın – Yeni Qüvvələr Hərəkatının yaradıldığını elan edib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ekspertlər yeni hərəkatın Radaya düşmək şanslarının yüksək olduğunu deyib.
«Saakaşvilinin reytinqinin 2 dəfə azalmasına baxmayaraq, partiyasının parlamentə daxil olması ehtimalı yüksəkdir. Əslində bu prezident Petro Poroşenkoya qarşı açıq çıxışdır» - deyə politoloq Ruslan Bortnik deyib.
Ekspertin fikrincə, Saakaşvili siyasi mübarizəyə qoşularaq Poroşenkoya qarşı çıxıb. «İndi Saakaşvili Poroşenkonu şantaj edir».
Xatırladaq ki, Mixail Saakaşvili noyabrın 7-də Odessa vilayətinin qubernatoru postundan istefa verib. O, prezident Pyotr Poroşenkonu kriminal klanlara himayədarlıqda ittiham etmişdi və yeni siyasi hərəkat yaradacağını elan etmişdi.
***
Bu arada Rusiya prezidenti Putin Saakaşvili haqqında aşağılayıcı açıqlama verib.
«Mixail Saakaşvilinin qubernatorluğu Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqir idi». Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin bunu «Ukrayna odda» filmi üçün rejissor Oliver Stouna müsahibəsində Saakaşvilinin təyinatını şərh edərkən deyib.
«Bu sadəcə Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqir və tüpürmək idi. Ona hətta ABŞ-a getmək üçün işçi viza da vermədilər. Universitetlər, hansılara ki, o işə düzəltməyə çalışırdı, onu daimi işə götürmək istəmədilər. Belə çıxdı ki, o, Odessa qubernatorunun vəzifələrini icra etməyi bacarar? Məgər peşəkar və bacarıqlı ukraynalılar arasında bu işi yerinə yetirə biləcək şəxslər yoxdur?» – deyə Rusiya prezidenti vurğulayıb.
Qeyd edək ki, Oliver Stounun «Ukrayna odda» filminin premyerası bu gün Moskva vaxtı ilə saat 17:00-da REN TV-də olacaq.