Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:44 | 1 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 1087 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
«Global Risk Insights» saytı Avropa İttifaqı (Aİ) ilə Azərbaycanın münasibətlərinin yeni yönündən, bu yönün dəyişməsi səbəblərindən yazıb.
Xəbər verildiyi kimi noyabrın 14-də Aİ Azərbaycanla daha yaxın əlaqələr haqda təzə «hərtərəfli saziş»in hazırlanmasına qərar verib. Aİ xarici işlər nazirlərinin Avropa Komissiyasına göstərişinə əsasən, Azərbaycanla tərəfdaşlıq və əməkdaşlıq razılaşmasına yenidən baxılmalı, 1996-cı ilə təsdiqlənmiş sənəd təzəsiylə əvəzlənməlidir.
«Global Risk Insights» yazır ki, Aİ müttəfiqlərini itirdiyindən özünə yeni dostlar axtarmağa, Azərbaycan kimi ölkələrə yaşıl işıq yandırmağa başlayıb. «Britaniya Aİ-n tərk edir, Rusiya ona hər addımda əngəl olur, Moldova və Bolqarıstan son seçkilərdən sonra Rusiyaya doğru meyl edib. ABŞ isə xarici siyasətinə Donald Tramp administrasiyası iş başına keçəndən sonra baxacaq. Avropa bu amillərin təsiri altında Azərbaycana doğru jest edərək, Bakı-Brüssel münasibətlərinin möhkəmlənməsinə marağının artdığını göstərir»-məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, yeni razılaşma tərəflərin ATƏT daxilində narazılıqlara son qoymasına, diqqəti iqtisadi əlaqələrin güclənməsinə toplamasına səbəb olacaq. Azərbaycanla Aİ beynəlxalq ticarətdə bir-birinə üstün ölkə statusu verməyə razı olub, bu isə növbəti müqavilələrin– daha geniş iqtisadi inteqrasiyanın bünövrəsi, avropalıların Azərbaycanda, azərbaycanlılarınsa Avropada yeni biznes imkanları qazanması deməkdir.
Müəllif hesab edir ki, fürsətdən yararlanan Azərbaycan banklarının Avropa maliyyə bazarlarına daxil olması şərtlərinin müzakirəsinə də cəhd göstərəcək. Məqalədə manatın dəyərsizləşməsi, ölkə iqtisadiyyatının durumu xatırladılır, Azərbaycanın avro kimi xarici valyutaya asanlıqla yol tapmasının zəruriliyi vurğulanır. «Azərbaycan banklarının ödəmə qabiliyyətlərini xarici ehtiyatlar və daha müxtəlif aktivlər hesabına möhkəmlətməyə ehtiyacı var», - məqalədə deyilir.
Saytın yazdığına görə Azərbaycanın danışıqlardan yararlanacaq ölkənin özəl banklarını banklararası münasibətlərə cəlb etməyə çalışacaq. Bildirilir ki, Avropa Azərbaycan hökumətini insan haqlarının durumuna görə uzun müddətdir qınayır. «Amma Aİ siyasətçiləri eyni zamanda reallığı dərk edir, Azərbaycanın Avropa xalqlarına strateji və iqtisadi təklifindən yan keçə bilmirlər. Azərbaycan da Avropa üçün əhəmiyyətini, Rusiyaya alternativ olduğunu, Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltdığını yaxşı dərk edir»- «Global Risk Insights» belə yazır.
Yazıda vurğulanır ki, hazırda Azərbaycanın neft və qaz ixracının 45 faizi Avropadakı istehlakçılara gedir, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri tezliklə gerçəkləşəcək, Azərbaycanın təbii qazının daha çox hissəsi 2018-ci ildən Avropaya daşınacaq. Amma Avropanın qaza tələbatı bununla ödənməyəcək. «Yeni razılaşma, görünür, Aİ ilə Azərbaycan arasında sonrakı enerji sövdələşmələrinin özülünü qoyacaq».
Sayt Aİ-nin Rusiya ilə yanaşı, OPEC-in də dominantlığına qarşı dayana bilmək Azərbaycana üz çevirdiyini vurğulayır. Noyabrın 30-da OPEC, eləcə də kartelə üzv olmayan Rusiya neft hasilatını azaltmaq barədə qərar qəbul edəndən sonra yanacağın qiyməti artıb, neft bir gündə 10 faizdən çox bahalaşıb. Bu halda, Avropa ölkələri daha yaxşı variant kimi Azərbaycana tərəf baxmağa başlayıb.
«Global Risk Insights» Azərbaycanın AB-dən ötrü təkcə yanacağa görə deyil, başqa istiqamətlərdə də əhəmiyyətini vurğulayır. Hazırda Qərbin daxili limitləri keçməyə, ixracat hədəflərini genişləndirməyə çalışdığını bildirən sayt bu baxımdan Azərbaycanın AB iqtisadiyyatında mühüm rol oynayacaq kiçik dövlətlərdən birincisi ola biləcəyini yazır. («Azadlıq» radiosunun xülasəsi əsasında)