vaxtlı-vaxtında oxuyun! Cümə, 2 oktyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
«Nə vaxt olub?» 16:02 | 15 dekabr 2016 | Cümə axşamı Məqaləyə 3102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Nə vaxt olub?»

Abid Şərifovun Xəzərdə batan neftçilərdən xəbəri yoxmuş...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycanın baş nazirinin müavini Abid Şərifov Türkiyənin Bakıdakı səfirliyində olub və İstanbulda törədilən terror hücumları zamanı həlak olanların xatirəsinə açılmış başsağlığı dəftərini imzalayıb.

Həmin mərasimi izləyən jurnalistlərdən birinin virtualaz.org-a bildirdiyinə görə KİV nümayəndələri bunu fürsət bilib Abid Şərifovdan Xəzərdə baş vermiş faciə-estakadanın uçması və 10 neftçinin itkin düşməsi ilə bağlı da soruşublar. Lakin belə məlum olub ki, baş nazirin müavininin heç bu hadisənin baş verməsindən xəbəri yoxmuş. «Nə vaxt olub, mənim xəbərim yoxdur» - Abid Şərifov təəcüblə jurnalistlərə cavab verib.

Xatırladaq ki, Abid Şərifov baş nazirin müavini kimi həm də fövqəladə halların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını kurasiya edir.