Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
13:52 | 14 yanvar 2017 | Şənbə
Məqaləyə 1606 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
«The İndependent» yazır ki, Donald Trampın gələcək müdafiə naziri deyib ki, «dünya nizamı İkinci Dünya müharibəsindən sonra ən böyük hücum təhlükəsi altındadır».
General Ceyms Mattis (James Mattis) Senatda vəzifəyə təsdiq edilməsi üçün keçirilən dinləmədə iddia edib ki, Vladimir Putin «Şimali Atlantika Alyansını sındırmağa cəhdlər göstərir» və ABŞ özünü müdafiə etmək üçün addımlar atmalıdır.
Təqaüddə olan general İranla nüvə silahına dair saziş barədə suala cavab verərkən bildirib ki, Tehran «Yaxın Şərqdə ən böyük sabitsizlik mənbəyidir», lakin ABŞ onunla bağladığı sazişə əməl etməlidir.
«The İndependent» yazır ki, generalın iki bəyanatı onun birbaşa komandanı olacaq Donald Trampla aralarındakı kəskin ziddiyyəti göstərib.
Donald Tramp Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə məlumatları «axmaq iddialar» kimi rədd etmiş və ölkənin kəşfiyyat xidmətlərini Rusiyaya dair saxta xəbərlərlə oynamaqda günahlandırmışdı.
Cənab Tramp NATO-nu köhnəlmiş bir təşkilat kimi tənqid etmişdi, lakin general Mattis təşkilatı «müasir tarixdə, bəlkə də ümumiyyətlə tarixdə ən uğurlu hərbi alyans» adlandırıb.
Cənab Tramp özünün namizədlik kampaniyası zamanı dəfələrlə elan etmişdi ki, Barak Obama administrasiyasının İranla imzaladığı sazişi "cırıb atacaq".
General Mattis isə deyib ki, ABŞ «İranın regional hegemonluğa can atan strategiyasını nəzarətdə saxlamalıdır».
«Amerika nədəsə söz verirsə, biz bu sözün ağası olmalıyıq və öz müttəfiqlərimizlə işləməkdə davam etməliyik», - Mattis deyib. Başqa sözlərlə general sazişi saxlamağın tərəfdarı olduğuna işarə edib.
Bundan başqa generala onun orduda qadınlara döyüş rolunun verilməsi məsələsindəki mövqeyinə aid sual da verilib.
General Mattis 2015-ci ildə qadınların döyüş mövqelərinə buraxılması təklifi ilə əlaqədar bildirmişdi ki, bu, ordunun «standartlarını aşağı sala bilər».
Lakin Senat dinləməsi zamanı bu məsələ barəsində demokrat senator Klayr MakKaskilin (Claire McCaskill) sualına cavab verərkən Mattis deyib ki, «mənim bizim hərbiyyəmizdə qadınların iştirakı üçün heç bir aspektdə etirazım yoxdur».
General deyib ki, kişi və ya qadınlığından asılı olmayaq hərbçi tələb edilən standartlara cavab verməlidir.
«The İndependent» yazır ki, hazırkı nazir Eş Karter (Ash Carter) ötən ilin yanvarından qadınlara hərbiyyənin istənilən sahəsində xidmət etmək imkanı verib.
Bundan əvvəl general Mattis geylərin orduda xidmət etməsinə açıq-aşkar qarşı çıxırdı. Lakin Nyu York senatoru Kirsten Qillibrand (Kirsten Gillibrand) generaldan seksual azlıqların orduda xidmətinə necə baxdığını soruşub.
«Düzünü desəm, senator, mən bir-biri ilə yatan iki nəfərin kimliyi ilə heç vaxt maraqlanmamışam» - deyib general.