vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AKTUAL  
«Əllərində konyak arxamca düşmüşdülər» 10:17 | 25 yanvar 2017 | Çərşənbə Məqaləyə 1431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əllərində konyak arxamca düşmüşdülər»

«Ermənilər məni satın almaq istəyirdilər ki, Qarabağı Azərbaycanın hesab etməyim»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın xalq deputatı, Avropa Şurası Parlament Assambleyasında (AŞPA ) «Avropada jurnalistlərə və söz azadlığına təhdidlər barədə» hesabatın müəllifi Vladimir Aryev bildirib ki, iclas ərəfəsində erməni nümayəndə heyəti onu konyakla satın almaq istəyib.

Virtualaz.org bildirir ki, bu barədə o, «Facebook» səhifəsində yazıb.

«AŞPA mənim Avropada söz azadlığına dair hesabatımı qəbul etdi. Bu, mübaliğəsiz bir jest idi!», - o bəyan edib.

Deputat qeyd edib ki, dinləmələrin sakit axarını Ermənistan təmsilçiləri pozublar: «Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim, bu gün isə Assambleyada hansısa üçmanatlıq kompromatla gəliblər ki, «Aryevin nənəsi azərbaycanlıdır». İndi mən dəqiq bilirəm: Gülməli iş görmək istəyirsənsə, Ermənistan parlamentindən müşavir çağır».