
“Bizə dəyməyin, dəyməyin”
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
... Hayfada vurduğu məscidin və öldürülən müsəlman din xadimlərinin hesabatını versin
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
Baş yepiskop həbs olundu
Rusiya eyni səhvi Ermənistanda etmək istəmir ...
Ermənistan Qərbə niyə yaxınlaşır?
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
Rusiyanın əlaltılarından daha biri Paşinyana qarşı çıxdı...
Azərbaycanın axtarışa verdiyi Karapetyan İrəvanda həbs olunub
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Ermənistan illərlə onu müdafiə edən, yedizdirən, ayaqda tutan rejimi satdı
Ermənistanda müxalif «Erməni Milli Konqresi» partiyası indiyədək onunla müttəfiq olan Xalq Partiyası ilə birlikdə aprelin 2-nə təyin edilmiş parlament seçkilərində iştirak etməyi qərara alıb.
Virtualaz.org «Azadlıq» radiosunun erməni xidmətinə istinadla bildirir ki, iki partiyanın yaratdığı seçki blokunun namizədlər siyahısına eks-prezident Levon Ter-Petrosyan başçılıq edir. Siyahıda ikinci yerdə Xalq Partiyasının lideri Stepan Dəmirçiyandır.
«Erməni Milli Konqresi» partiyasının sədri Levon Zurabyan blokun niyə cəmi bir partiya ilə formalaşdırıldığı haqda danışarkən eyib ki, onlar üçün başqa siyasi qüvvələrlə birləşmək süni və birinci dərəcəli məsələ deyil. «Bizim üçün vacib olanı proqramdır, xalqa nə deyəcəyimizdir», - o bildirib.
Xatırladaq ki, ötən ilin dekabrında Levon Ter-Petrosyan «Erməni Milli Konqresi»nin qurultayında Qarabağda sülhə, kompromislərə və barışığa çağıran geniş nitqlə çıxış edib, hakimiyyətin Qarabağda status-kvonu saxlamağa yönəlmiş siyasətinin Ermənistanı və Qarabağ ermənilərini fəlakətə sürüklədiyini bildirib. Ter-Petrosyan elan edib ki, onlar parlament seçkilərinə Qarabağda sülh, barışıq və mehriban qonşuluq devizi ilə gedəcəklər, habelə bu devizləri dəstəkləyən digər siyasi qüvvələrlə blok yaramağa hazırdırlar.
İndi «Erməni Milli Konqresi»nin cəmi bir partiya ilə blok yarada bilməsi Ter-Petrosyanın Qarabağda sülhə çağıran mövqeyi ilə bağlı ola bilərmi? Belə çıxırmı ki, Ermənistanın digər müxalif siyasi qüvvələri bu çağırışları dəstəkləmirlər və Ter-Petrosyanın partiyasından uzaq durmağı qərara alıblar?
Levon Zurabyan deyir ki, səbəb bununla bağlı deyil. Onun sözlərinə görə, iki ay qabaq «Erməni Milli Konqresi»inə bəzi siyasi qüvvələr müraciət edərək blok yaratmaq istəyiblər. «Biz razılaşmışıq, danışıqlara başlamağa hazır olduğumuzu bildirmişik, ancaq bu danışıqlar başlamayıb. Çünki qalan siyasi qüvvələr sürətlə hansısa bloklar formalaşdırıblar», - Zurabyan deyib. Onun sözlərinə görə, «Erməni Milli Konqresi» 7-9 müxalif qüvvədən ibarət iri blok yaratmaq üçün danışıqlara başlamağı təklif etmişdi, ancaq digər siyasi qüvvələr kiçik bloklarda birləşməyə üstünlük verdilər.
Levon Zurabyan deyir ki, bu seçkilərdə onların blokunun özü yox, ilk növbədə ideologiyası rəqabətədavamlı olacaq. Çünki bu ideologiya qalan siyasi qüvvələrin heç birində mövcud deyil. «Biz Ermənistan ətrafında, Dağlıq Qarabağ məsələsi ətrafında nələrin baş verdiyini analiz edirik, görürük ki, bu məsələdə nəhayət xalqa həqiqəti deməliyik. Biz bu həqiqəti özümüzün seçkiqabağı proqramımızın əsası kimi xalqa çatdıracağıq», - Zurabyan bildirib.