vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:12 | 24 iyul 2017 | Bazar ertəsi Məqaləyə 3705 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın pulu ləğv olundu

Tümən 1-in 10-a nisbətində rialı əvəzlədi

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın milli pul vahidi rəsmən ləğv edilib. Bu barədə İran prezidentinin başçılığı ilə iyulun 23-də keçirilən Nazirlər Kabinetinin iclasında qərar layihəsi qəbul olunub. Milli valyutanın dəyişdirilməsinin vacibliyi ilə bağlı təklif, 2016-cı ilin oktyabr ayında İranın Mərkəzi Bankından gəlmişdi.

Nazirlər Kabinetinin iclasında ölkənin pul və bank qanununun islah olunması layihəsi ilə bağlı hökumətin iqtisadiyyat komissiyasının hesababatı dinlənilib araşdırıldıqdan sonra milli pul vahidinin dəyişdirilməsinə qərar verilib.

Hazırlanan layihəyə əsasən İranın yeni pul vahidi «tümən», 10 «rial»a bərabər təyin edilib.

Bildirilir ki, həmin qərar layihəsinin qəbul olunmasında məqsəd, ölkənin pul və bank sistemində sabitliyi qoruyub saxlamaqdır. Qeyd olunur ki, İran hökumətinin milli valyutanın dəyişdirilməsi ilə bağlı təklifi  əvvəlcə İran parlamentinə təqdim ediləcək. Təklif, iranlı deputatlar tərəfindən qəbul ediləcəyi təqdirdə, Konstitusiyaya Nəzarət Şurasının razılığı ilə qanuna çevrilərək İranın pul vahidi rəsmən «tümən» olacaq.

Xatırladaq ki, İranda əhali arasında gündəlik alış-veriş zamanı qeyri-rəsmi olaraq daha çox «tümən»dən istifadə edilir. Alış-veriş mübadilələrində isə «rial» sözündən istifadə olunması hesablamalarda ciddi çətinliklər yaradır, vətəndaşları cürbəcür problemlərlə üz-üzə qoyur.