vaxtlı-vaxtında oxuyun! Bazar, 31 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
00:01 | 1 sentyabr 2018 | Şənbə Məqaləyə 788 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lukaşenko əyyaşları işdən qovdu

“Əgər intizamlı deyilsə, içib işə gəlirsə, işdən qalırsa, bu necə nazirdir?”

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarus prezidenti Aleksandr Lukaşenko sona çatan yayın son günündə respublika hökumətində yeni kadr təyinatları edib. Maksim Yermoloviç maliyyə naziri, Viktor Karankeviç energetika naziri təyin edilib.

Yerli xəbər verir ki, bundan az öncə Lukaşenko hökumətdə yeni kadr dəyişikliklərini anons edib və bunun səbəblərindən biri kimi Nazirlər Kabinetindəki sərxoşluq problemini göstərib.

“Energetika nazirinə gəlincə. Bilirsən, o niyə azad edilib, - Lukaşenko bunu yeni təyin olunmuş nazirə deyib. – Əgər nazir intizamlı deyilsə, içib işə gəlirsə, işdən qalırsa, bu necə nazirdir?”

Prezident xəbərdarlıq edib ki, bunlar hələ hökumətdə son dəyişikliklər deyil. “Hamının qarşısında sərxoşluğun yolverilməzliyini bildirmək istəyirəm, - o vurğulayıb. – Bunu deməkdən utanırdım, lakin bu yaxınlarda azad etdiyim bir çox rəhbərlər xeyli içirdilər”.

“Mən axı sizə nəzarət etmirəm ki, kiminlə içirsiniz, kiminlə hamama gedirsiniz, kiminlə söhbət edirsiniz, - Lukaşenko deyib. – Sağlığınıza qismət. Rəhbərsiniz, bunu bacarmalısınız. O ki qaldı sərxoşluğa, qədərini bilməlisiniz, bilməlisiniz ki, kiminlə, harada, nə qədər, el arasında deyildiyi kimi. Bu ölçünü itirirsinizsə, rəhbər deyilsiniz. Məhz buna görə də, yaxın zamanlarda bəzilərinizlə vidalaşmalı olacağıq. Onlar harada işlədiklərini anlamırlar”.

“Əyyaş rəhbər deyil, - Lukaşenko qeyd edib. – Əgər o, bu gün nəbzi itənə qədər içibsə, bu bir gündən bir, ya elə hər gün təkrarlanırsa, ertəsi gün o artıq işçi deyil. Bütün günü fikirləşir ki, harada “poxmel”ini açsın”.

Belarusun dövlət başçısı rəhbərləri spirtli içki içərkən qədərini bilməyə çağırıb və qeyd edib ki, çoxları səbəb olsa da, olmasa da içirlər. “Ən çox da səbəbsiz, - Lukaşenko bildirib. – İşi unudurlar. Qərarların icra edilməməsi, intizamsızlıq bir yana, sərxoşluq rəhbərlikdə ümumiyyətlə yolverilməzdir. Demirəm ki, hamı müqəddəsdir və əlində qədəh tutmamalıdır. Mən sərxoşluqdan və əyyaşlıqdan danışıram. Onlar rəhbərlikdə olmayacaq”.

Lukaşenko onu da deyib ki, özü “praktiki olaraq içən deyil”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *