vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 noyabr 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
“Ürəkbulanma, qarabasma yaradır” 14:04 | 11 mart 2019 | Bazar ertəsi Məqaləyə 2332 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ürəkbulanma, qarabasma yaradır”

Rusiya Britaniya sahillərində yeni silahı sınaqdan keçirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün martın 10-da Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qorşkov” freqatı Şotlandiyanın Hərbi Hav Qüvvələrinin yeganə bazasının yaxınlığında yeni silahı sınaqdan keçirib.

Bu silah insanlarda ürəkbulanma, korluq və qarabasma yaradır.

“5P-42 Filin” vizual-optik siqnal qarışdırma stansiyası ilə təchiz edilmiş gəmini izləmək üçün Böyük Britaniya donanması öz hərbi gəmisini və üç köməkçi gəmini göndərib.

“5P-42 Filin” kompleksi yüksək intensivlikli işıq şüalarının köməyi ilə rəqibi kor edir və çaşdırır. Habelə ürəkbulanmasına, başgicəllənməsinə səbəb olur. Təsir dairəsi 2 kilometr olan silahı sutkanın gecə saatlarında da istifadə etmək mümkündür.