
Iraqda siyasi sui-qəsd
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
"Hər il 560 mindən çox insan sanksiyalar səbəbindən həyatını itirir"
İranın cənub əyalətləri çəyirtkələrin hücumuna məruz qalıb və həşəratlar on minlərlə hektar əkin sahəsini basıb. İran parlamentinin deputatı çəyirtkə hücumuna görə Səudiyyə Ərəbistanından şübhələnir və həşəratların bioloji silah kimi tətbiq olunduğunu ehtimal edir.
Deputat Əli Əkbəri parlamentdə çıxışında deyib ki, çəyirtkə sürülərinin ölkəni başına götürməsi “digər dövlətlər tərəfindən planlaşdırılmış hücum, bioterror aktı” ola bilər.
Əkbərinin bildirdiyinə görə ölkənin cənub regionlarını, Fars körfəzi sahillərini bürümüş çəyirtkələrin Səudiyyə Ərəbistanı mənşəli olduğu deyilir. Həmin ölkə ziyanvericilərə qarşı mübarizə aparmır.
“Bu məsələdə bioterrorçuluq ehtimalı var, bəzi ölkələr bizə iqtisadi, siyasi və sosial zərbələr vurmaq üçün əlindən gələni edir”, - o deyib.
Hərçənd çəyirtkələr uzağı 200 kilometrə qədər uça bilər və İranla Səudiyyə Ərəbistanı arasında məsafə bundan xeyli çoxdur. Amma deputat deyir ki, ola bilsin həşəratlar gəmi ilə Fars körfəzindəki İran limanlarına gətirilib.
İranda çəyirtkələr ilk dəfə bu il yanvarın 4-də qeydə alınıb. O vaxtdan həşəratlar 6 vilayətə yayılıb və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə 400 min hektar əkin sahəsini əhatə edib. Nazirlikdə deyiblər ki, ziyanvericilərlə mübarizəyə ola bilsin 9 milyard dollar lazım gələcək. Hazırda İran hökuməti cəmi 51 min hektar sahədə çəyirtkələrlə mübarizə aparır.