vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
RƏY, REPLİKA  
15:22 | 28 oktyabr 2019 | Bazar ertəsi Məqaləyə 4951 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Düşünmədilər ki, ... ”

YAP-çı deputatdan telekanallara etiraz: “Skandinaviyada Əfqanıstandan daha çoxdur”

“Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib. Sonra məlum olurdu ki, həmin insanın maddi ehtyacı olmayıb. Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov televiziyalarda yayımlanan serialları da tənqid edib: “Bəzi verilişlərdə zorakılıq təbliğ olunur. Seriallarda kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər… Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda bir seriala baxırlar, başlayırlar dəyişməyə, serialdakı kimi danışmağa. Televizyialarda bədii şuralar yaradıldı. Bir çoxlarının beynində sovet dövründəki kimi Bədii Şura keçirdi ki, kimisə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial təbəqələr var, burada icazə verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndinmə işləri aparılmalıdır”.