vaxtlı-vaxtında oxuyun! Bazar, 8 dekabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
RƏY, REPLİKA  
14:55 | 25 noyabr 2019 | Bazar ertəsi Məqaləyə 777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vurdu beşə, “çıxdı” 15-ə

İnsanovun yaratdığı təşkilatın ilk qiyməti qeyri-kafi oldu

Keçmiş səhiyyə naziri Əli İnsanov siyasi təşkilat yaratdığını elan edib. Modern.az-ın məlumatına görə, Əli İnsanov “Facebook”dakı səhifəsində bəyan edib ki, noyabrın 24-də tərəfdarları ilə toplantı keçirib və Haqq Ədalət Partiyasının Təşkilat Komitəsini yaradıblar:

“Biz təşkilat komitəsinin üzvlərinin 15 nəfərdən ibarət olması barədə qərar qəbul etdik. Səsvermə yolu ilə yekdilliklə Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçildilər.

Təşkilat Komitəsinin (TK) üzvləri aşagıdakılardan ibarətdir:

 

1) Əli İnsanov – sədr:

 

2) İsfəndiyar Vahabzadə-Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor;

 

3) Qalibə Budaqova-Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru;

 

4) Mirədalət Talışxanov-Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi;

 

5) Eyvaz Əliyev- Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini;

 

6) Oruc Muradov-Ukrayna Respublikası Xarkov şəhərində yaşayır, iqtisadçı;

 

7) İlqar Quliyev-Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri;

 

8) Babək Adıgözəlov- Hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü;

 

9) Yalçın Qəhrəmanoglu- Ukrayna Respublikası Kiyev şəhərində yaşayır, iqtisadçı mühəndis, sahibkar, Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü;

 

10) Əfqan Sadıqlı- jurnalist, Azel.tv-nin rəhbəri;

 

11) Zaur Bayramoglu – qazi.

 

12) Murad Muradov- ictimai fəal.

 

13) Rəşad Abbaslı- Mühəndis, Təşkilat Komitəsinin katibi.

 

14) Fərrux Binətzadə – Hüquqşünas, keçmiş polis zabiti;

 

15) Murad Quliyev – İqtisadçı, hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı”.

 

Ə.İnsanov qeyd edib ki, iclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə aparılıb, partiyanın nizamnaməsi və proqramının yazılıb başa çatdırılması üçün tapşırıqlar verilib.

***

Qeyd edə ki, HƏP partiyasının ad seçimi o qədər də uğurlu alınmayıb. Belə ki, aberiaturasını Anadolu türkcəsində HƏP (həmişə, hər zaman) sözünə uyğun seçən partiya funksionerləri, böyük bir yanlışlığa yol verib. Yəni Haqq-Ədalət Partiyası (HƏP) deyil, Anadolu türkcəsində Hakk-Adalet Partisi başa düşülür və  bu birləşmənin abreviaturası isə HAP kimi alınır. HAP partiyasının funksioner tərəfdarları HAP-çılar adlandırılır. Türkiyədə isə hapçı narkotik satanlara və böyük miqdarda qəbul edənlərə deyirlər. Uzun sözü qısası, hapçıların ilk andaca Türkiyə cəmiyyətində və siyasi elitasında böyük gülüş və ironiya mənbəyi olacağı şübhə doğurmur. İnsanovun yaratdığı təşkilatın ilk qiymətinin qeyri-kafi olduğu gün kimi aydındır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *