vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
RƏY, REPLİKA  
19:39 | 2 may 2020 | Şənbə Məqaləyə 13506 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Millət vəkili kimi hədəf göstərdi?

Sabir Rüstəmxanlıdan DTX-yə çağırış

“Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başçıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”. Bu fikirləri Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı söyləyib.

S.Rüstəmxanlı deyib ki, dərs çıxarmayan icra başçıları yenə də imkansız ailələrə ayrılmış sosial yardımları mənimsəyirlər, rüşvət alırlar:

“Mən hələ də anlaya bilmirəm ki, bu məmurlar nə etmək istəyirlər! Onların ya başları donub, ya da ölkədə gedən prosesləri görə bilmirlər. Baş verənlərin fonunda mən Prezidentin çıxışlarına baxıram və görürəm ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparan şəxs İlham Əliyevdir. Prezident İlham Əliyev bütün nöqsanları deyir, onun aradan qaldırılmasına çalışır və işində nöqsana yol verənlərə xəbərdarlıq edir. Hətta, əyri yola üz tutan məmurları Allaha tapşırır. Amma yenə nəticə çıxarmırlar. Ona görə də rüşvətə və korrupsiyaya qarşı mübarizə davam edəcək”.

Deputat qeyd edib ki, Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyevin təyin olunması çox uğurlu kadr islahatıdır:

“Kamran Əliyev hüquq mühafizə sistemində ən çox hörmət etdiyim və peşəkarlığına inandığım şəxslərdən biridir. Onunla bir neçə dəfə görüşlərim olub. Hesab edirəm ki, ölkə başçısı Kamran Əliyevi Baş prokuror təyin etməklə ən doğru addımı atıb. Kamran Əliyev doğrudan da layiqli peşəkar Baş prokuror olacaq. Prezident Kamran Əliyevi Baş prokuror təyin etməklə hüquq mühafizə orqanlarının əsas diqqətini korrupsiya ilə mübarizəyə yönəltdi. Hesab edirəm ki, Prezidentin Karman Əliyevlə görüşü və ona verdiyi tapşırıqlar göstərir ki, doğrudan da ölkədə rüşvətxorluq, quldurluq və korrupsiyaya qarşı ciddi iradə var. Bu iradə sonadək olmalıdır. İndi icra başçıları özlərini padşah kimi aparırlar. Hətta məndə məlumat var ki, Ağstafa və Neftçala məsələsindən sonra indi bir neçə icra başçısı otaqlarını dəyişir, təmir etdirir, “juçok” axtarır. Bununla elə düşünürlər ki, onlara nəzarət imkanları azalsın. Amma başa düşmürlər ki, nəzarətin o qədər geniş imkanları var”.

Deputat Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib:

“Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir”. (Demokrat.az)