vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
16:36 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2386 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-dakı erməni mafiyasının gizlinləri...

«Armenian Power» Kaliforniyada başağrısı olub

MÖVZU İLƏ ƏLAQƏLİ

«Erməni Gücü» - «Armenian Power» adlı kriminal birləşmə ilə bağlı yeni faktlar məlum olub. Azvision.az xəbər verir ki, kriminal birləşmə Los-Anceles və onun ətrafında yeni erməni mühacirlər hesabına formalaşıb. Qruplaşma 1980-ci illərdə yaradılıb. 1988-ci ildə iyirmi quldur Şərqi Hollivudda mini-marketlərin birinin yanında özünə avtomobil dayanacağını alır və buranı özlərinin qərargahı elan edirlər. Artıq 1997-ci ildə «Armenian Power»un üzvləri onlarla qətl törədir.2000-ci ilin əvvəlində kriminal Latın Amerikası dəstəsinin üzvləri ilə «Armenian Power» arasında münaqişə yaranır. «Erməni gücü»nün banilərindən biri Armen Petrosyan (Qaradinməz) 2000-ci il mayın 22-də «Vayt Fens» adlı Latın Amerikası dəstəsinin üzvü Xose Arqueta tərəfindən güllələnir.

Həmin il mayın 24-də latın amerikalılar Hollivudda restoranların birində digər bir ermənini güllələyirlər. Bundan sonra «Armenian Power» qisas almağa başlayır və qanqsterlər arasında müharibə başlayır. 17 yaşlı latın amerikalı gəncin qətlindən sonra tərəflər sülh əldə etmək üçün masaya əyləşirlər. Bundan sonra «Erməni Gücü»nün sıralarına İspan dilli şəxslər də qoşulmağa başlayır.

Böyüyən nüfuz fonunda qanunsuz pulların daxil olması çoxalmağa başlayır. Təbii ki, qanunsuz sahələrin də sayı genişlənir. Lakin bu ABŞ hüquq-mühafizə orqanlarının gözündən yayınmır. Çünki, söhbət artıq minlərdən deyil, milyonlardan gedirdi. Nəticədə ABŞ-ın hüquq-mühafizə orqanları Ermənistandan gəlmələrdən ibarət cinayətkar qrupa qarşı irimiqyaslı xüsusi əməliyyat keçirməyə qərar verir. Belə ki, «İşığın söndürülməsi» (Operation Power Outage) adlı əməliyyat çərşənbə günü, fevralın 16-da keçirilir. Əməliyyatda ABŞ-ın müxtəlif güc strukturlarının, eləcə də polis və FTB-nin mindən artıq əməkdaşı iştirak edir. Əksəriyyətinin mafiyaçı olduqları ehtimal olunan bu şəxslər Kaliforniya ərazisində saxlanılıb. Onlar reket, bank fırıldaqları, şəxsi məlumatların oğurlanması, adam oğurluğu və narkotik maddə qaçaqmalçılığı ilə məşğul olan erməni cinayətkar qrupuna rəhbərlik edirdilər. Nəticədə «Armenian Power» etnik qruplaşmasının 74 üzvü həbs olunur. ABŞ Ədliyyə Nazirliyinin məlumatında həbs olunanların sayının 80-dən çox olduğu bildirilir.

Hüquq-mühafizə orqanların təqribi hesablamalara görə dəstənin reket, narkotiklərin qanunsuz dövriyyəsi, silah alveri və digər cinayətlərin törətməsi nəticəsində, ABŞ vətəndaşlarına 20 milyon dollardan artıq ziyan vurulub. ABŞ-ın hüquq-mühafizə orqanları Kaliforniya ştatının cənubunda «Erməni gücü» (Armenian Power) adlı mütəşəkkil cinayətkar dəstənin 102 üzvü barədə cinayət işi qaldırıblar.

Bu struktura müxtəlif cür yanaşmaq olar, lakin cinayətkar qruplaşma erməni kvartalına və ermənilərin biznesinə digər millətlərdən olan şəxslərin daxil olmasına icazə vermir. Xüsusən də ABŞ-da güclü mövqeyə malik olan latın amerikalı qanqsterləri. Onları qəhrəman adlandırmaq da düzgün deyil. Daha dəqiq desək əskinə - onlar ermənilərin nüfuzuna xeyli ziyan vurublar.

Onların meksikalılarla etdiyi müharibə və «dəyanət» göstərməsi nəticəsində erməni məhəllələri müxtəlif cinayətkar qrup və dəstələr üçün əlçatmaz olaraq qalır. Həbsxanalara düşən etnik ermənilər isə müxtəlif dəstələr tərəfindən «Armenian Power» sayəsində müdafiə edilir.