
Hava limanında dəhşətli ölüm
Təyyarənin mühərrikinə sovruldu
Təyyarənin mühərrikinə sovruldu
İtaliya NATO hədəfinə çatmaq üçün hansı strategiyanı izləyəcək?
Milanda asfalt əriyib
Ölkə sürətlə qocalır, işçi çatışmazlığı getdikcə artır
Həddindən artıq istilərlə əlaqədar 21 şəhər üçün həyəcan təbili
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Məşhur milyarder və qızının öldüyü yaxtanın qalıqları sudan çıxarılıb
Çoxsaylı reyslər ləğv edilib
50 faiz tələbi olarkən, gələn seçici sayı 30 faizi keçmədi
Yaşayış müddəti 5 ilə endirilə bilər
Etnada püskürmə niyə bu dəfə fərqlidir?
Dağın üzərində kül buludu turistlər heyrətləndirib
Almaniya vizası qara bazara düşdü
Mariya Karolina motosiklet qəzası keçirdi
Romada artefakt oğurlayan alman turist yaxalanıb
“Dövlət içində dövlət” adlandırılan ən güclü cinayətkar qruplaşma “Ndrangheta”ya qarşı böyük əməliyyat
İtaliya Milli Anti-Mafiya Agentliyi (DİA) mütəşəkkil cinayətkarlıq təşkilatları ilə bağlı illik hesabatını açıqlayıb. Məlumata görə, mafioz təşkilatlar şiddətli qarşıdurmalarla yadda qaldıqları dövrü geridə qoyur və hazırda çirkli pulların yuyulması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, fahişəlik və ictimai layihələrə sızma kimi sahələrdə birgə fəaliyyət göstərirlər.
Bildirilib ki, Siciliyada yerləşən Kosa Nostra və Neapol ətrafında fəaliyyət göstərən Kamorra kimi ənənəvi mafiya qrupları həm İtaliya daxilində, həm də beynəlxalq aləmdə yeni ittifaqlar qurublar.
Kalabria bölgəsində yerləşən Ndrangeta, xüsusilə dövlət investisiyalarını hədəfləyir.
İtaliya Milli Anti-Mafiya Agentliyinin (DİA) direktoru Mişel Karbone bu əməkdaşlığı “gərginliyi udmağa qadir olan strukturlaşdırılmış sinerji” kimi xarakterizə etdi. Karboneyə görə, bu struktur keçmişdəki rəqabəti səssiz, lakin sistematik olaraq güc paylaşımı ilə əvəz edir.
***
Hesabatda mafioz qrupların AB tərəfindən dəstəklənən “COVİD-19” sonrası bərpa fondları, Siciliyanı materiklə birləşdirməyi planlaşdıran nəhəng körpü layihəsi və 2026-cı il Qış Olimpiya Oyunlarına hazırlıq kimi iri miqyaslı dövlət investisiyalarına sızma riski yaratdığı ifadə edildi.
2024-cü il ərzində aparılan inzibati araşdırmaların 38 faizinin tikinti sektorunda cəmləşdiyini vurğulayan DİA 200-dən çox tikinti sahəsinin yoxlanıldığını açıqlayıb.
Karbone, başda Siciliya boğazında tikintisi planlaşdırılan körpü ilə bağlı bütün qabaqlayıcı addımların atılacağını bildirib.
***
Mafiya indi təkcə ənənəvi üsullarla deyil, həm də yüksək texnologiya ilə fəaliyyət göstərir. Şifrələnmiş mesajlaşma sistemləri və pilotsuz təyyarələr vasitəsilə həbsxanalarda üzvlərlə ünsiyyət cinayət təşkilatlarının rəqəmsal bacarıqlarını ortaya qoyur.
Hesabatda diqqəti cəlb edən digər element gənclərin sosial media vasitəsilə təşkil edilən dəstələrə (ictimaiyyət arasında “körpə dəstələri” kimi tanınan qruplara) daxil edilməsi olub.
Cazibədar dəbdəbəli həyat tərzi videoları və güc oyunları yoxsul gənclərin cinayət təşkilatlarına qoşulmasını asanlaşdırır.
***
Hesabatda həmçinin qeyd olunub ki, mafiya pulların yuyulması üçün Çində yerləşən “yeraltı bankçılıq” sistemlərindən istifadə edir.
Müəyyən edilib ki, izlənilə bilməyən və vergiyə cəlb olunmayan külli miqdarda pul bu şəbəkələr vasitəsilə yuyulur.