
Saxta arayışı böhranı
Fransada şirkətlər xüsusi detektiv tutur
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Dünən səhər Korsikanın şimalındakı Bastia şəhərində baş verən sui-qəsd adanın yeraltı dünyasını yenidən diqqət mərkəzinə gətirib. Məşhur mafiya lideri Robert Morakçini Fransanın Aralıq dənizindəki Korsika adasında silahlı hücumda öldürülüb. Qətl adada mütəşəkkil cinayətkarlığa qarşı müharibənin sonuncusu idi.
Polis mənbələrinin bildirdiyinə görə, səhər saat 8-ə yaxın hücumçular Komendant Lyus de Kasabyanka küçəsində pusqu qurub və hədəflərinə atəş açıblar.
Cinayətkarların hədəfi olan 65 yaşlı Robert Morakçini hadisə yerində dünyasını dəyişib. Qətl Bastia polis qərargahından bir neçə metr aralıda baş verib.
Prokurorluq hadisə ilə bağlı “cinayətkar təşkilatla əlaqəli qətl” maddəsi ilə istintaqa başlanıldığını açıqlayıb.
Robert Morakçini Korsika mafiyasının ən tanınmış cinayət təşkilatlarından biri olan “Brise de Mer” (Dəniz Brizi) bandasının yaradıcılarından biri olub.
Dəstənin tarixi onilliklər boyu qanlı ədavət və qeyri-qanuni fəaliyyətləri əhatə edir.
1980-1990-cı illərdə Fransa və İsveçrədə silahlı bank quldurluğu ilə adından söz etdirən dəstə tədricən fahişəlik, silah, qumar, narkotik alveri, tullantıların utilizasiyası və daşınmaz əmlakla məşğul olub.
Morakçini dəstənin sağ qalan azsaylı liderlərindən biri idi.
Daha əvvəl eyni təşkilatın üzvü olan Francis Mariani, Riçard Kazanova, Pierre-Marie Santuççi, Fransis Quazzelli və Mauris Kosta kimi adlar da sui-qəsd nəticəsində öldürülüb.
Prokurorların fikrincə, bu, Korsikada 2025-ci ildə mafiya ilə bağlı beşinci sui-qəsd ola bilər. Adada fəaliyyət göstərən 20-yə yaxın mütəşəkkil cinayətkar dəstə illərdir hakimiyyət və nüfuz uğrunda mübarizə aparır.
Korsika valisi Cerome Filippini “Le Monde” qəzetinə verdiyi açıqlamada, 2024-cü il ərzində 355.000 əhalisi olan adada 18 qətl və 16 qətlə cəhd edildiyini və Korsikanın bu sahədə Fransanın zirvəsində olduğunu söyləyib.
Robert Morakçiniyə sui-qəsdin arxasında maraqların toqquşması və dəstələr arasında təsir mübarizəsinin dayandığı təxmin edilir.