vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
RƏY, REPLİKA  
01:51 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 3244 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müxalifətin ipi...

... və onun üstünə odun yığmaq istəyənlərin diqqətinə

Rəşad BABALI

MÖVZU İLƏ ƏLAQƏLİ

Müxalif camiədə müşahidə etdiyim bir özəlliyi deyim. Yaxında olan şəxslərin dəyəri kənardakı potensial «müxalif»lərdən aşağı olub. Fikrimi izah edim.

Məsələn, həmişə aksiyalarda iştirak edən. verilən tapşırıqları yerinə yetirən, siyasi düşüncəsini cəsarətlə ortaya qoyan müxalif insanlara «onsuz da burdadılar, yanımızdadılar» gözüylə baxılır. Heç yerə gedəsi deyillər ki. Hakimiyyət tərəfə gedəsi deyillər ki. Getsələr özlərini yandıracaqlar və tərəfimizdən xain damğasıyla «mükafat»landırılacaqlar. Amma kənardakılar matahdılar. Məsələn, yaxşı yerdə işləyir, özünə uğurlu karyera quran həm də içində ədalət hissi, haqqsızlıqla barışmayan kəslər hədəfdədir. Onlardan birinin «verbovka» olunması böyük uğur sayılır. Sən isə yanlarındasan. Sənə xüsusi diqqət ayırmağa ehtiyac yoxdur.

Lakin baxıram bu «verbovka» cəhdləri tək potensial müxaliflərə yox, elə konkret YAP-çılara, hakimiyyət süfrəsində boğmalananlara qarşı da edilir. Burada xəbis niyyətlərin olduğu aşkardır. Təzə donor qandır, səs-küydür və s. Gördüklərimiz həm də onu deməyə əsas verir ki, insanın keçmişinə baxılmaz. Harada nə qələt yeməsi önəmli deyil. Əsas odur ki, gurultulu bəyanatlar verir, müxalifət damarı tutub və nəhayət «həqiqət»ləri qanıb.

Və yenə də sən yeni «qan»ların yanında kölgə kimi qalacaqsan. Qara işlər boynundadır. Bunu paylaş, buna cavab ver, onu etmə və s. Lakin «ne day boq» birdən öz şəxsi həyatını, iş karyeranı düşünəsən, «elitan»nın sevmədiyi kəslərlə dostluq edəsən, onlardan yararlanasan ha. O zaman eşşəyin öldü. Üstündən çox rahatlıqla xətt çəkəcəklər. İndiyə qədər etdiyin fədakarlıqlar, mübarizlik gedəcək işinin dalınca. Çünki sən işlək qarışqa idin.

«Tak çto», kənarda olun, dəyərli olun və orbitinizə çox yaxın buraxmayın və orbitlərinə də çox yaxın getməyin. Zərərli maddələrlə reaksiya baş verə bilər.