vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
13:32 | 9 noyabr 2017 | Cümə axşamı Məqaləyə 5536 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Feyxoa bu insanlara ziyandır

Subtropik meyvənin tərkibində yodun çoxluğu hansı xəstəliyə məsləhət deyil?

MÖVZU İLƏ ƏLAQƏLİ

Feyxoa olduqca faydalı məhsuldur. Lakin bəzi xəstəliklər zamanı feyxoanın istehlakı insana ziyan vura bilər. Söhbət xüsusilə hipertireoz (və ya tireotoksikoz) xəstəliyindən gedir.

Hipertireoz zamanı qalxanvari vəzinin hormonlarının ifrazı artır ki, bu da orqanizmin bir çox orqan və sistemlərinə mənfi təsir edir. Məntiqi sual yaranır - feyxoanın bu xəstəliyə nə aidiyyəti var?

Məsələ burasındadır ki, qalxanvari vəzinin hormonlarının istehsalı üçün yod lazımdır. Yod bu hormonların tərkibinə daxildir. Feyxoa isə yodla olduqca zəngindir. İnsanda hipertoreoz artıq varsa və onun qalxanvari vəzisi həddindən artıq aktivdirsə, yodla zəngin olan qidaların istehlakı qalxanvari vəzinin fəaliyyətini daha da aktivləşdirəcək ki, bu da xəstəliyin gedişatını ağırlaşdıra bilər.

Qalxanvari vəzinin digər pozulması olan hipotireoz (hiper - çox, hipo - az deməkdir) zamanı qalxanvari vəzi əksinə zəif işləyir, öz hormonlarını lazım olandan daha az ifraz edir. Hipotireoz zamanı qalxanvari vəzinin fəaliyyətini əksinə aktivləşdirmək lazımdır və bu vəziyyətdə yodla zəngin olan qidalar və o cümlədən feyxoa faydalıdır.