

Parlament “Hərbi vəziyyət haqqında” Qanuna ciddi dəyişiklik etdi
Siyavuş Novruzov spikerdən siyahı istədi
Fazil Mustafa: «Qida, uşaq geyimi, dərmanlar od qiymətinə, aztəminatlı ailələrin sağlam uşaq böyütməsi ciddi risk altındadır»
Partiya sədrlərindən çağırış
Deputat məsələ qaldırdı
Siyavuş Novruzovdan etiraz
İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər
Deputat ateistlərə məntiqli cavab verməyə çağırdı
Deputat hesabat verməyən siyasi partiyalarla bağlı sərt danışdı
Siyavuş Novruzov: «Heç bir böyük dövlətə kiçik qardaşlıq etmək fikrimiz yoxdur»
Azərbaycanda «Hanna Party»: hətta göbək rəqsi, müğənnilər, hədsiz dəbdəbə...
Millət vəkili: «SSRİ-nin bərpasını istəyənlər, arzulayanlar, nəinki Rusiyada, elə bizdə də var, ancaq indi 1917-ci il deyil»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
Milli Məclisi nüfuzdan salan deputatlar...
Partiya prezident seçkisinə hazırlıq işlərinə start verdi
Siyavuş Novruzov: «Bu cür hərəkətlərin cavabını Ermənistan çox qısa zamanda alacaq»
Milli Məclisin bu gün keçirilən plenar iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov həmkarı Fazil Mustafanı tənqid edib.
«Bir müddət əvvəl Milli Məclisin iclaslarında Əkrəm Əylislinin Azərbaycan xalqına qarşı çıxdığı amilləri özündə əks etdirən əsərini müzakirə etdik və tənqidi fikirlərimizi bildirdik. Bundan ibrət dərsi çıxartmaq əvəzinə, bəzən bizim həmkarlarımız da çaşıb Əkrəm Əylislinin yolunu tutub, həmin istiqamətdə gedirlər. Bu yaxınlarda Fazil Mustafanın «Adamyeyənlər» adlı yazısı mətbuatda dərc olundu. Görünür Fazil Mustafa da Əkrəm Əylisdən heç də geri qalmır».
Modern.az saytı bildirir ki, bunu deyən YAP-çı millət vəkili bildirib ki, Fazil Mustafa vaxtilə Əkrəm Əylisli ilə bir yerdə oturub - durublar: «Lakin Azərbaycandakı inkişafın üzərinə bu dərəcədə qara ləkə yaxmaq, Afrikanın adamyeyənləri ilə azərbaycanlıları müqayisə etmək heç də təqdirəlayiq hal deyil».
Millət vəkili həmçinin adıçəkilən yazıda
yer alan idmançılarımızın uğursuzluqları məsələsinə də aydınlıq gətirib:
«Bununla yanaşı, orada idmançılarımızla bağlı səsləndirilən fikirlərlə də razı
deyiləm. Danılmaz faktdır ki, idmançılar dünyanın bir çox ölkələrində yüksək
yerlərdə qərarlaşaraq, qızıl medallara sahib çıxıblar. Onun təriflədiyi Fransa
komandasının futbol yığmasında 2 nəfər ağ adamdan başqa hamısı qaradərilidir.
Bütün bunlardan sonra Azərbaycan oyunçularının potensialının olmamasından
danışılır.
Digər bir məsələ isə yaşayış evlərinin önünə divarların çəkilməsidir. Bütün dünya ölkələrinə nəzər salsaq, bütün bu işlər insanların təhlükəsizliyi üçündür. Axı səni narahat edən nədir? Ölkəmizdəki inkişafı görməyib hansısa məktəbə girib orada duşun olmamasını qabartmaqla nəyə nail olmaq istəyirsən? Tənqidində özünün də forması və mexanizmi var. İki bina sökülürsə, təbii ki, onun yerində yenisi inşa olunur. Bu o demək deyil ki, dövlətin vəsaiti mənimsənilir. Görünən odur ki, Fazil Mustafada afrikalılara qarşı o qədər çox həvəs yaranıb ki, yenidən Afrikaya səfər etməyə başlayıb. Düşünürəm ki, Fazil Mustafa bu yazısına görə təkzib verib, Azərbaycan xalqından üzrə istəməlidir», - deyə Siyavuş Novruzov məsələ ilə fikirlərinə əlavə edib.