vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QALMAQAL  
09:15 | 21 fevral 2014 | Cümə Məqaləyə 2639 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elçibəyin kürəkəni Mütəllibova cavab verdi

«Əgər doğrudan da Ayaz Mütəllibov ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin ailəsi sabiq prezident Ayaz Mütəllibova etiraz edib. AzNews.az-ın məlumatına görə, Ə.Elçibəyin kürəkəni, sabiq millət vəkili Aqil Səmədbəyli A.Mütəllibovun Xocalı soyqırımı ilə bağlı müsahibəsində Elçibəylə bağlı səsləndirdiyi fikirləri narazılıqla qarşılayıb. O, özünün facebook səhifəsində yazıb: «Belə savadsız və səviyyəsiz müsahibənin bizim keçmiş prezidentimizə aid olmasına inanmaq istəmirəm. Amma əgər doğrudan da Ayaz Mütəllibov bu müsahibənin sahibidirsə yazıqlar olsun.

Əbülfəz Elçibəy heç zaman Xocalı faciəsinə görə, eyni zamanda Qarabağ məsələsinə görə daxildə düşmən axtarışına çıxmadı. Onun bir tək düşməni vardı, o da Azərbaycanın bütün faciələrinin baiskarı-Rus imperializmi».

A.Səmədbəyli daha sonra A.Mütəllibovun Elçibəyi dissident kimi qəbul etməməsi, onların savadsız olması haqda dediyi fikirlərə də münasibət bildirib: «Əvvəla siz haqq dünyada olsaydınız, Elçibəy sağ olsaydı, sizin haqqınızda jurnalist ona sual versəydi, o, sizdən fərqli olaraq ancaq müsbət şeylər danışardı. Çünki haqq dünyada olan adamın dalınca danışmağı Elçibəy nakişilik sayırdı. Xalq Cəbhəsinin rəhbərliyində olmuş sağ qalanlar isə əminəm ki, sizə layiqli cavabı verəcəklər».