vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ƏDƏBİYYAT  
15:23 | 30 dekabr 2018 | Bazar Məqaləyə 2397 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaddaş etibarsızdır

Yaşıl məktub ...

RƏBİQƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün pəncərədən şam ağaclarına tamaşa elədim. Gözlərim sevindi. Səni xatırladım. Dərhal səsin düşdü yadıma. Sakitləşdim. Yaxşı ki, görüntülər var, səs yazıları var. Qulaqcıqlar var. Yaddaş etibarsızdır. Yaddaş heç vaxt heç nəyi olduğu kimi xatırlamır. Səsə hansısa çalar verir, sözləri təhrif edir, şəklini saxladığı adamlara öz ovqatından “baxır”. Xatirələr ya solğunlaşır, ya əksinə, rənglənir. Bəlkə, buna görə onları sevmirəm. Onlar heç vaxt olduğu kimi qalmır.

Səni olduğun kimi xatırlamaq istəyirəm. Dəqiqliklə. Öz rənglərində. Öz səsində. Öz sözlərinlə. Təxəyyülün köməyi olmadan.                                

Bu gün pəncərədən şam ağaclarına tamaşa elədim. Gözlərim sevindi. Buna qədər olanlardan danışmaq istəmirəm. Gileylənmək istəmirəm. Gileylərimi unuduram səninlə danışanda. Ona görə də bütün günü boş vaxt axtarıram. Bütün söhbətlərdən, işlərdən, tapşırıq və sifarişlərdən, telefon zənglərindən, yazışmalardan azad olacağım saniyələri gözləyirəm ki, beynim yalnız səninlə məşğul olsun. Demək lazımdımı ki, adamlar mənə olur? Hamısı. Hər biri. Heç kəsə və heç nəyə vaxt ayırmaq istəmirəm. Elə bilirəm, hamısı sənin vaxtından gedir. Sənə ayıracağım vaxtdan. Sakitcə düşünməyə mane olurlar. Tanışlar da, dostlar da, rəfiqələr də. Hərdən ağlım da. Elə bil qısqanır, zəif nöqtələrdən yapışmaq istəyir, məsələn, deyir ki, ayıbdır, deyir, kənardan pis görünür, deyir, başqa iş-gücün yoxdur, deyir... Çox şey deyir. “Ona sən xətdə qal, lazım olanda çağıracam” mesajını verirəm. Əslində, onun yanında özümə uzun-uzadı bəraət qazandıra bilərəm, bunlar mənim için su içmək kimi bir şeydir. Amma istəmirəm, vaxtım və həvəsim yoxdur.

Bütün vaxtımı və  həvəsimi sənə bağışlamaq istəyirəm. Həyəcanlanma. Göydən mətnlərimin içinə düşmüsən, yoxsa səninlə nə işim.