
“Təmiz vərəqdən başlayaq”
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
İki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib. Bundan sonra danışıqlar dayanıb.
Azərbaycanın Gürcüstanla sərhəd xətti 446 kilometrdir. Bunun 314 kilometri razılaşdırılıb. David Qareci kompleksinə aid abidələr isə 150 kv. km sahəlik bir əraziyə səpələnib. Bu abidənin xeyli hissəsi Gürcüstan ərazisindədir. Gürcülərin mübahisəli saydığı və Azərbaycan ərazisində olan hissəsi kompleksin cəmi 2 faizini təşkil edir.İki faiz niyə belə prioritet məsələyə çevrilir? Bu məsələ ətrafında süni gərginlik yaratma cəhdləri açıq-aşkar ortadadır.
Əgər Tiflis sərhəd delimitasiyasını tələsdirirsə o zaman bütün məsələlərə kompleks həll olunmalıdır. Bakı ərazi mübadiləsi və ərazinin Tiflisə verilməsi ilə bağlı təklifləri rədd edib.
Burada hüquqi müstəvi kimi sovet dövründəki inzibati sərhədlər əsas hədəfdir. SSRİ isə inzibati sərhədləri isə siyasi deyil, iqtisadi-təsərrüfat sistemləri üçün hazırlamışdı.
Odur ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin 1938-ci il xəritələrinə istinad etməsi absurddur. Sovet dövründə iqtisadi əhəmiyyətli belə inzibati sərhədlər bir neçə dəfə dəyişdirilib. Bütün xəritələrdə Keşiş Dağ Azərbaycan ərazisində qalıb. Gürcüstanın ərazisi isə dağlı xalqlarının torpaqları hesabına genişləndirilib.
Xüsusən Böyük Vətən Müharibəsindən sonra bir sıra şimali Qafqaz xalqlarının sürgün olunması bu imkanı gürcülər üçün artırıb. Beriya Qafqazın təhlükəsizliyi üçün istinad yeri kimi Gürcüstan ərazisini götürməsi həmin torpaqların Gürcüstana birləşdirilməsinə səbəb olub.
Lakin Azərbaycanla inzibati sərhədlər ciddi dəyişikliyə məruz qalmayıb.
İkincisi, madam Tiflis belə tələsir, o zaman Ermənistanla da dalana dirənmiş delimitasiya danışıqlarını təcili bərpa etməlidir. Belə ki, Gürcüstanın Ermənistanla sərhədində yaşayan azərbaycanlılar ciddi basqı altına yaşayırlar. Ermənistanla rəsmi sərhəddin olmaması azərbaycanlıların yaşadığı dədə-baba torpaqlarına erməni iddialırını genişləndirib və müxtəlif vaxtlarda bir sıra sərhədyanı kəndlər, otlaq yerləri ermənilər tərəfindən zəbt edilib. Tiflis bu məsələdə susmağa üstünlük verir.
David Qareciyə gəlincə, Bakı xoş məram nümayiş etdirərək bu ərazidəki məbədə gürcü ziyarətçilərinin və din xadimlərinin ziyarətinə şəffaf sərhəd prinsipi ilə yanaşa bilər. Heç bir halda ərazinin Gürcüstana verilməsindən söhbət gedə bilməz.
Qeyd edim ki, Gürcüstan prezidentinin sərhəd delimitasiyası ilə bağlı heç bir səlahiyyəti yoxdur.
Odur ki, “xəritə sübutları”na söykənib danışıqlara təzyiq yolu seçmək doğru deyil.
Digər tərəfdən 1991-ci ildə qəbul edilmiş Alma –Ata deklarasiyasına görə, MDB ölkələrində sərhəd delimitasiyaları üçün baza olaraq rəsmən sovet dövründəki inzibati sərhədlər tanınıb. Hazırda isə Gürcüstan MDB-nin də üzvü deyil. Odur ki, bu danışıqların hüquqi bazası da naməlumdur.
Göründüyü kimi Tiflis millətçi dairələrinin hay-küyü bu məsələdə yalnız problemlər yarada bilər. Əsas məsələ rəsmi qurumların uzlaşdırıcı təmas nöqtələrini tapmasıdır.