vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QALMAQAL  
16:38 | 1 mart 2014 | Şənbə Məqaləyə 2875 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sərdar Cəlaloğlu qeyri-ciddi adamdır»

«El»dən cavab gecikmədi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Onun fikirlərinə münasibət bildirmək fikrim yoxdur. O, Azərbaycanın simvollarını - Səməd Vurğunu, Məhəmməd Əmin Rəsulzadəni aşağılayırsa, bizi gərək öldürə. Sərdar Cəlaloğlu özü qeyri-ciddi adamdır».

Bunu Modern.az-a «El» Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Sərdar Cəlaloğlunun hərəkat haqqında dediklərinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Sərdar Cəlaloğlu partiyasında iş görsün, sonra «El»i ittiham etsin: «Bir iş görmürsənsə, o zaman «El» Hərəkatı ilə nə işin var?! O, Leninin təbirincə desək, «bir addım irəli, iki addım geri» siyasətini üstün tutub. Yəqin, Sərdar Cəlaloğlu nə demək istədiyimi başa düşər».

E.Quliyev Eldar Namazov barəsində deyilənlərə münasibət bildirib: «Yaxşı siyasətçi olmaq üçün nümumə göstərsinlər. Düz deyirlər, Eldar Namazov yaxşı siyasətçi deyil, ən yaxşı siyasətçidir. Ona görə də paxıllığını çəkirlər».

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata müsahibəsində «El» Hərəkatı rəhbərliyini sərt ittiham edib. ADP sədri bildirib ki, Azərbaycanda siyasətçi olmayana siyasətçi, politoloq olmayana politoloq deyirlər: «İctimai siyasi fəaliyyətlə məşğul olmayan insanların bu cür təqdim edilməsini yanlış hesab edirəm. Bu, ictimai rəyi çaşdırır. Milli Şura yaranan ərəfədə Eldar Namazovun apardığı rolu gördünüz. 20 il mübarizə aparan Əli Kərimli, İsa Qəmbər və başqaları kölgədə qaldı. Əvəzində Eldar Namazov təşəbbüsü ələ aldı. İki ay müddətində də bu ideya iflasa uğradı, verilən vədlər yerinə yetirilmədi. Əslində onlar müxalifətdə real addımların atılmasına imkan vermədilər. Mən də bunun təhlükəli olduğunu düşünür və hesab edirəm ki, hər şeyi öz adı ilə çağırmaq lazımdır. Fikrimcə, Namazov yaxşı politoloq, amma pis siyasi liderdir. Onda liderliyə aid heç bir keyfiyyət yoxdur. Şair, rəssam, elə politoloq da istəyir ki, yaxşı siyasətçi kimi tanınsın. Namazov «El» Hərəkatı yaradıb. Baxın görün, o, klassik mənada təşkilat yarada bilibmi? Siyasi lider bir çox mühüm keyfiyyətlərə malik olmalıdır. Bunlardan biri də ətrafında müəyyən adamları birləşdirmək, eləcə də siyasi idarəçilik qabiliyyətidir. «El» Hərəkatı yaranıb, amma nə qeydiyyatdan keçib, nə də iş görə bilir. Mənim bu quruma hər hansı bir iddiam yoxdur. Sadəcə istəyirəm ki, biz hər şeyi öz adı ilə çağıraq».