vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
RƏY, REPLİKA  
16:16 | 2 dekabr 2019 | Bazar ertəsi Məqaləyə 16028 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəhimzadənin qorxusu

“Məgər indiyədək “krizis”ə şərait yaratmışıq?”

Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezidentə müraciət etməsindən sonra komitə sədri Arif Rəhimzadə israrla söz istəyib. Spiker artıq müzakirələrin bitdiyini desə də, ona söz verib.

A.Rəhimzadə qərarda əksini tapan bəzi məqamlara etiraz edib: “Məgər biz indiyədək parlamentdə elə bir şərait yaratmışıq ki, “krizis” yaranıb? Bir tərəfdən deyirsiniz ki, sosial şəbəkələrdə ədalətsiz fikirlər yayılır, digər tərəfdən özümüz belə müraciət qəbul edirik. İndi biz deyirik ki, yox, biz bacarmamışıq, pis işləmişik, gəlin bunu buraxaq. Buraxaq yox, yazmalıyıq ki, növbədənkənar seçkilərə gedək”.

Spiker Oqtay Əsədov isə iradı qəbul etməyib: “Görünür, siz əvvəlki çıxışları dinləməmisiniz. Heç kəs deməyib ki, bacarmamışıq. Əks təqdirdə parlament 1700 qərar və qanun qəbul edə bilərdimi?”