vaxtlı-vaxtında oxuyun! Cümə, 27 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
RƏY, REPLİKA  
21:00 | 21 avqust 2020 | Cümə Məqaləyə 12844 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İstefa verməlidir...”

“Ramiz Mehdiyevin hərəkəti dövlətin qanunlarına sayğısızlıqdır...”

“Ramiz Mehdiyev pandemiya dövründə ölkənin karantin rejimi qaydalarını kobud surətdə pozduğuna görə AMEA-nin prezidenti vəzifəsindən dərhal istefa verməlidir”.

Modern.az-ın məlumatına görə, bu tələblə Milli Məclisin deputatı Etibar Əliyev çıxış edib.

Deputat bu hərəkəti ölkə vətəndaşları üçün pis örnək hesab edir:

“Bu hərəkət bütün AMEA əməkdaşları və digər vətəndaşlar üçün çox pis örnəkdir. Və Dövlətin qanunlarına birbaşa sayğısızlıqdır...”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin dünən keçirilmiş toyu gündəmin əsas müzakirə mövzularından biri olub.

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilib, kütləvi tədbirlər, o cümlədən toylar qadağan olunub. Buna cəhd edənlər isə cəzalandırılıb.

Bu baxımdan, Ramiz Mehdiyevin nəvəsinə toy etməsi ictimai müzakirələrə səbəb olub və akademik, eyni zamanda toya qatılanlar tənqid atəşinə tutulub. Toyun sosial şəbəkələrdə yayılan videosundan görünür ki, qonaqlardan heç kim maska taxmayıb, sosial məsafə gözlənilmir.