vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AVROPA  
22:04 | 10 may 2022 | Çərşənbə axşamı Məqaləyə 807 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Leonid Kravçuk vəfat edib

SSRİ-nin dağılmasını elan edən 3-cü şəxs də dünyadan köçdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Sovet İttifaqından ayrılandan sonra Ukraynanın ilk prezidenti olmuş Leonid Kravçuk 88 yaşında vəfat edib. Mayın 10-da Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi bu xəbəri Telegram-da təsdiqləyib, amma detalları açıqlamayıb.

Kravçukun sağlıq problemləri vardı, ötən il ürək əməliyyatı keçirmişdi. Ukrayna mediası mayın 10-da xəbər verir ki, 1991-94-cü illərdə Ukrayna prezidenti olmuş Kravçuk uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Zelenskinin sözlərinə görə, Kravçuk sovet idarəçiliyindən müstəqilliyin ilk xaotik illərində ölkəni idarə edən müdrik lider olub. Kravçuk Ukraynanın 1991-ci ildə müstəqillik elan etməsində aparıcı rol oynayıb. Dekabrın 8-də Rusiya və Belarus liderləri ilə birlikdə Sovet İttifaqının rəsmən dağıldığını elan edən sazişi imzalayıb.

Müstəqilliyə qədər o, Kommunist Partiyasının başçısı kimi Ukraynanı idarə edirdi. Ölkə müstəqillik əldə edəndən sonra ilk prezident seçkisində Kravçuk 60 faizdən çox səs yığıb. O, prezident postunda Ukrayna ərazisindəki sovet nüvə silahlarının Rusiyanın nəzarətinə keçməsinə razılıq verib. Birləşmiş Ştatlar da bu sazişi dəstəkləyib.

Verxovna Radanın keçmiş spikeri Dmitro Razumkov Kravçukun ölümünü “bütün Ukrayna üçün böyük itki” adlandırıb. Altı gün öncə Belarusun ilk postsovet prezidenti Stanislav Şuşkeviç 87 yaşında vəfat edib.