

Əfqanlar KTMT-ni sınağa çəkməklə Kremlin əsəbləri ilə oynayır
Hər nə plandırsa, onun müəllifi Putin deyil...
Rusiyanın öz kiçik “NATO”sunu genişləndirmək planları
Koalisiya alınmadığına görə də Qazaxıstanı hədəf götürüb
KTMT Rusiyanı dəstəkləmir
KTMT NATO-ya rəqib ola bilərmi?
Heç Serj Sərkisyan da Putin üçün bunu etməmişdi
İrəvanın missiyası bu deyildimi?
Məsləhət olmasaydı Heydər Əliyev KTMT-dən çıxmazdı…
Arif Rəhimzadə: “Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca, …”
Paşinyan Nazarbayevə niyə zəng edib?
Erməni general Qazaxıstanda pərt oldu
Elxan Şahinoğlu: «Rusiya Ermənistanın Azərbaycana məğlub olmasını istəmir»
Odla su arasında qalmaq «alternativlər» axtarışı zərurəti yaranır
Türkiyə ilə Rusiya arasında «S-400» razılaşması bu həftə imzalana bilər
Nazarbayev və Luikaşenko erməni təxribatına niyə «yox» deyə bilməyib?
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son “zirvə toplantısı”nın yekun bəyanatı, bu təsisatın mahiyyət etibarilə öz ömrünü başa vurduğunu təsdiqləyir. KTMT, zənnimcə artıq “süni nəfəs aparatına” qoşulub...
Yekun bəyanatda yer alan əsas detallar da bunu sübuta yetirir. Belə ki, bəyanatda Avrasiya regionunda “davamlı sülhün əldə edilməsi”nin vacibliyi və KTMT-nin Avrotlantik Alyansla praktiki əməkdaşlığa hazır olduğu vurğulanır. Burada diqqət çəkən bir vacib məqam var: Rəsmi Moskva “gərginliyin azaldılması” ilə bağlı özünün deyə bilmədiklərini KTMT-nin vasitəsilə ifadə edir. Bu, dolayısıyla Rusiyanın gərginliyə davam gətirmədiyinin, NATO ilə, hələlik bəlli olmayan şərtlər, yaxud güzəştlər çərçivəsində, praktiki əməkdaşlığa hazır olduğunun etirafıdır. Bəllidir ki, NATO KTMT-ni tərəf kimi qəbul etmir. Öz üzvləri tərəfindən hər kəlməbaşı ciddiliyi şübhə altına alınan bir təşkilatı hansı səbəblərdən tərəf saysınlar ki? KTMT-nin “zirvə toplantısı”nın görünən tərəfinə gözucu nəzər salmaq yetərlidir ki, üzvlərin zorla bir araya gətirildiyini, öz dediklərinə özlərinin belə inanmadığını müəyyənləşdirə biləsən.
Yekun bəyanatda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı bircə kəlmə də yer almayıb, Moskvaya dilucu dəstək belə ifadə olunmayıb. Sadəcə KTMT üzvlərinin “nasizmin qəhrəmanlaşdırılmasına cəhdlərə” qarşı birgə dayanacaqları bildirilib. Həm də nasizmi qəhrəmanlaşdıranların iştirakı ilə... Hər kəsə bəllidir ki, nasizmi qəhrəmanlaşdıranların başında ermənilər və onların baş naziri Nikol Paşinyan dayanır. Uzağa getmək, yaxud səslənmək lazım deyildi, elə iclasdaca hər kəsdən şikayətlənən Paşinyana demək lazım idi ki, Nikol, get..., Njdenin abidəsini cəhənnəmə vasil elə...