Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
15:22 | 18 noyabr 2022 | Cümə
Məqaləyə 1030 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin noyabrın 23-də İrəvanda toplantısı olacaq.
Ukraynaya qarşı işğalçı müharibə başlayandan bu yana xarici səfərlərə çıxmayan, hətta “böyük iyirmilərin” toplantısına qatılmayan Rusiya prezidenti Vladimir Putin İrəvandakı toplantıda iştirakını təsdiqləyib. Çünki “böyük iyirmilərin” İndoneziya toplantısından fərqli olaraq Ermənistanda toplaşanlar Rusiyanın tərəfdaşlarıdır və Ukrayna müharibəsini dilə gətirməyəcəklər. Vladimir Putin İrəvana getmədən öncə Azərbaycan və Türkiyə prezidentləri ilə telefonla danışıb. Kreml sahibinin Qarabağ siyasəti Azərbaycanın maraqlarına zidd olsa da, Ruben Vardanyanı Xankəndinə göndərib Bakı ilə təmaslara başlamaq üçün təşviq etsə də, Putinin İrəvanda Ermənistanın Azərbaycan əleyhinə mövqeyini dəstəkləyəcək sənədə imza atması ehtimalı yüksək deyil. O bunu edərsə, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmuş olacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan əlindən gələnə edəcək ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan əleyhinə bəyanat qəbul etsin. Böyük ehtimalla bu alınmayacaq. Rusiya bir yana təşkilatın üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus da Azərbaycan əleyhinə sənədə səs verməyəcəklər. Bu sənədin qəbul edilməməsi Nikol Paşinyanın kefini pozmayacaq, əksinə erməni cəmiyyətinə bir daha deyəcək ki, “gördünüz KTMT bir işə yaramır, Ermənistanın maraqlarını qorumur, bəxtimizi başqa istiqamətlərdə axtarmalıyıq”.