
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
Mayın 18-də Ufada konsertdən “DDT” rok-qrupunun lideri Yuri Şevçuk barəsində administrativ qanun pozuntusu ilə əlaqədar protokol tərtib olunub. Bu haqda sosial şəbəkələrdə prodüser Radmir Usayev məlumat yayıb.
Onun sözlərinə görə, konsertdən dərhal sonra pərdə arxasında “güc strukturları əməkdaşları peyda olub”, onlar Şevçuku qrupdan təcrid ediblər. Qrim otağının girişində xüsusi təyinatlı geyimində iki əməkdaş dayanıb, müğənni ilə “konsertin keçirilməsi faktı, onun yönləndirilməsi, Şevçukun müharibə və vətən haqda dedikləri” ətrafında söhbət aparılıb.
Polis əməkdaşları əvvəlcə Şevçuku saxlamaq istəyiblər, sonra ona protokolu imzalatdırıb gediblər.
“Protokolun nə haqda olduğunu özünüz tapa bilərsiz”, – Usayev “İnstagram”da yazıb, başqa detal açıqlamayıb.
Musiqiçi özü hələlik, protokol haqda məlumatı şərh etməyib.
***
Mayın 18-də sosial şəbəkələrdə yayılmış videoda Şevçuk DDT-nin konsertində deyir: “Dostlar, vətən hər gün öpüb oxşamaq gərəkən prezident dalı deyil. Vətən – vağzalda kartof satan kasıb nənədir. Bax, vətən budur”.
Apreldə DDT-nin Tümendə konserti ləğv edilmişdi. Şevçuk onda deyirdi ki, bu, qrupun “Z” hərfi ilə çıxışdan imtinasıyla bağlı ola bilər. “Z” Rusiyanın Ukraynaya hücumuna dəstəyin simvoluna çevrilib.
Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb və Qərbin sərt sanksiyaları ilə üzləşib.
Rusiyada keçirilən müxtəlif rəy sorğuları əhalinin əksəriyyətinin müharibəni dəstəklədiyini göstərir. Amma avtoritar ölkələrdə rəy sorğularının obyektivliyini şübhə altına alanlar da az deyil. İndiyədək Rusiyanın bir sıra tanınmış simaları, fəalları müharibəni pisləyib, bəziləri ölkədən gedib.