Yaponiya Azərbaycan neftinə üz tutur
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
15:06 | 20 iyun 2022 | Bazar ertəsi
Məqaləyə 1319 dəfə baxılıb
Şriftin ölçüsü
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Rusiya prezidenti Vladimir Putin həftə sonunu əsasən Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin adına həsr edib və demək olar ki, son iki günü beləcə keçirib. Putinin Qazaxıstan prezidentinə müraciət etdiyi bütün epitetləri, ədəbsiz tərifləri qeyd etmək etikadan kənar olardı (rus dilinin “incəliklərini” bilənlər yəqin ki, söhbətin nədən getdiyini anlayıblar), qoy bu ifadələr Putinin vicdanına yazılsın.
Cümə axşamından etibarən və sonrakı iki gün ərzində Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı Rusiya prezidenti tərəfindən müxtəlif formatlarda həmsöhbətləri ilə davamlı olaraq müzakirə edilib. Putin sözün əsl mənasında qəzəblənib və qonaqdan “belə təhqirlərə” necə layiq olduğunu anlamağa çalışıb. Putin əsas məzəmməti məhz Qazaxıstan prezidentinin “şərq mənşəli” olmasına ünvanlayıb, burada Putinin özünün fikrincə, qonaq adət-ənənələrə hörmət etməli və ev sahibini aşağılayan ifadələrdən çəkinməlidir.
Hər şey yaxşı ola bilər və bəlkə də, bu sözlər prezident iqamətgahının boş söhbəti olaraq havada asılı qala bilərdi, lakin Rusiya prezidenti Vladimir Putin çox möhkəm inciməsi və onun ətrafındakıların arasında qisas mövzusunu körükləyən kifayət qədər rəzillərin olması səbəbindən bazar günü axşam o, Tokayev üçün “hədiyyələr” hazırlamaq əmrini verib. Siyasi prosesləri izləyənlər bilirlər ki, Rusiya tərəfi Qazaxıstan neftinin Novorossiysk limanı vasitəsilə daşınmasını məhdudlaşdırıb. Bu, Qazaxıstan neftinin Avropaya nəqli üçün əsas marşrutdur. Amma, ola bilsin ki, bu, hələ başlanğıcdır. Hələlik ciddi və konkret heç nə olmasa da, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə göstəriş verilib və yaxın gələcəkdə Qazaxıstanın şimal ərazilərində nələrinsə baş verməsi mümkündür. Üstəlik, Rusiya ərazisində olan Qazaxıstan vətəndaşları, eləcə də qazax sərmayələri olan müəssisələr sayıq olmalıdırlar, hələlik dəqiq göstərişlər yoxdur, lakin prezidentin ətrafındakı səlahiyyətli şəxslərdən təkliflər gəlməkdədir.
Maraqlı olan Qazaxıstan prezidentinin bu fikirləri məhz indiki zamanda dilinə gətirməsidir. Heç şübhəsiz ki, o da bu sözlərin onun özünə və ölkəsinə nələrə başa gələcəyini hesablamamış deyildi. Amma görünür, kifayət qədər siyasi və diplomatik təcrübəyə malik Qasım-Comərd Tokayev dəyişən dəngələrin fərqindədir və bu səbəbdən də batmaqda olan gəmini vaxtında tərk etmək barədə də ətraflı düşünüb. Elə Rusiyada da elita nümayəndələri son hadisələri birmənalı qiymətləndirmirlər. Prezidentin ətrafdakılar üzdə ona tam dəstək verdiklərini bildirsələr də, arxada xarici arenada əsas müttəfiqlərin itirməlməsindən danışmağa başlayıblar.