Putinin “pul kisələri” tapılıb
“LLC Invest” şirkətlərinə aid aktivlərin ümumi dəyəri 4.5 milyard dollardır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Rusiyanın “LLC Invest” firması və onunla bağlı şirkətlər ehtimal ki, Rusiya prezidenti Vladimir Putinə və onun yaxınlarına öz aktivlərini idarə etməkdə kömək edirlər.
Rusiyanın Meduza qəzeti və Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP qrupunun birgə hazırladıqları təhqiqat hesabatında belə deyilir.
Jurnalistlər aşkar ediblər ki, “LLC Invest” şirkətinin strukturları vasitəsilə əksərən Vladimir Putinin yaxın dostlarına aid 80-dən çox şirkət əlaqə saxlayır və əməkdaşlıq edirlər.
Təhqiqatın nəticələrindən məlum olur ki, “LLC Invest”lə bağlı olan ən azı 86 şirkət var.
Bu şirkətlərin aktivlərinin ümumi dəyəri 4.5 milyard dollardır.
Aktivlərə bank hesabları, lüks kateqoriyasından olan daşınmaz əmlak, özəl yaxtalar və təyyarələr daxildir.
Bu şirkətlərdən bəziləri birbaşa “Rossiya” bankı ilə əlaqəlidir. Bu bankın ən böyük səhmdarı Putinin dostu Yuri Kovalçukdur.
***
Digər aktivlər “Putinin rəqfiqəsi” kimi tanınan Svetlana Krivonoqix və prezidentin başqa yaxın adamlarına aiddir.
Şirkətlərin bir hissəsi həmin strukturun adi əmıəkdaşlarının adlarına qeydiyyatdan keçirilib.
Məsələn “LLC Invest”lə bağlı olan şirkətlərfdən biri də Kareliyadakı malikanənin sahibidir. Bu malikanədə adətən Putin istirahət edir.
Bu struktura habelə Putinin qızına toy etdiyi İqora xizək kurortu, Putinə və onun yaxınlarına aid olan çox sayda qurumlar daxildir.
Təhqiqatçı jurnalistlər ehtimal edirlər ki, “LLC Invest”lə bağlı olan şirkətlər “Putinin pul kisələri” və ya saxlancıdır.
Putinin mətbuat katibi Dmitri Peskov təhqiqatla bağlı suala cavab verərkən deyib ki, sözü gedən şirkətlərin prezidentə heç bir aidiyyəti və bağlılığı yoxdur.