Rusiyanın nəzarətindəki ittifaqdan Bakıya təzyiq
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
20:21 | 25 iyun 2022 | Şənbə
Məqaləyə 937 dəfə baxılıb
Şriftin ölçüsü
Aİİ Azərbaycan məhsuluna tətbiq edilən rüsumların müddətini uzatdı
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
“İlk öncə daxili bazarda sabitlik təmin ediləcək, xarici tələbat ikinci planda qalacaq”
Gömrük işçiləri mədəni dəyər daşıyan antik əşyanın aparılmasına imkan vermədi
25 milyard dollarlıq hərbi tədarük planı təsdiqləndi
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Hazırda Rusiyada 100 min hektardan çox meşə sahəsi yanır. Hakimiyyət onların üçdə birindən çoxunu söndürməmək qərarına gəlib. Rusiya Federal Meşə Təsərrüfatı Agentliyi FBU “Avialesooxrana”nın hesabatında belə deyilir.
Məlumatda bildirilir ki, yerli hakimiyyət orqanları iyulun 24-də Çukotkada 58 min hektardan çox ərazini əhatə edən yanğının 38 faizini söndürməkdən imtina ediblər. Hazırda Yakutiyada 30 min hektar meşə sahəsini əhatə edən yanğının 20 faizi söndürülməyəcək. Maqadan və Krasnoyarskda yanğın kiçik sahəni əhatə etsə də yanğının az bir hissəsinin söndürülməsinə qərar verilib. O da vurğulanır ki, Rusiyada yanan meşələrin cəmi 1- 9 faizi söndürülür.
Məlumatda qeyd edilir ki, Rusiyadakı meşə yanğınlarını söndürməkdən imtina edərkən, regional hakimiyyət orqanları Rusiya Təbii Sərvətlər Nazirliyinin 2015-ci il əmrini rəhbər tuturlar.
Həmin sənədə əsasən, əgər yaşayış məntəqələrinə təhlükə olmazsa və yanğının söndürülməsinə çəkilən xərc proqnozlaşdırılan zərərdən çox olarsa meşə yanğınlarını söndürməmək olar.
Statistik məlumatlarda bildirilir ki, 2021-ci ildə Rusiyada 10 milyon hektardan çox meşə yanıb ki, bu da müqayisədə Moskvadan 40 dəfə böyük ərazi deməkdir.
2019-cu ilin iyulunda yanğınlar barədə danışan Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss meşə yanğınlarını təbiət hadisəsi adlandıraraq onunla mübarizə aparmağın mənasız olduğunu deyib.
Həmin vaxt Krasnoyarsk diyarında 1,6 milyon hektardan çox meşə sahəsi yanıb. 2019-cu ilin avqustunda Sibirdə yanğınlar 3 milyon hektarı əhatə edəndə yüksək xərclərə görə mübarizəni səmərəsiz sayan rəsmi qurumlar meşə yanğınlarını söndürmək qərarına gəliblər.