
Hərbi təyyarə istehsalı dayanır
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
Rusiya HHQ həyəcan vəziyyətindədir, vurulan bombardmançıların yeri dolmur
Rus dilində təhsil Azərbaycan dövlətinin təqdim etdiyi seçimdir
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Rus dilli məktəblər Putin Rusiyasının əlində hücum bəhanəsinə çevrilib
13 saatlıq saat qurşağı olan ərazisində dünyadakı bütün kimyəvi elementlər var, amma ...
... Və ya “böyük rus mədəniyyəti”nin arxasında gizlənən gerçək rus vəhşiliyi...
Cəbhəyə “babalar” göndərilir
Rusiya ərazisində bütün qeyri-ruslara qarşı etirazlar baş qaldırır
İmperiya təkcə siyasi xəritədən silinməyəcək
Tətil kompleksinin açılışını ruslar edəcək
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Ukrayna ABŞ rəsmisini nazirliyə çağırıb
Rusiyanın özbaşınalığına Bakının 3 zərbəsi
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
... Yaxud Kremlin bitməyən tezisləri
Putin Leinini niyə sevmir?
Keçən həftənin sonunda Rusiya prezidenti Vladimir Putin nəhayət ki, hüquq-mühafizə orqanlarının təmizlənməsi üçün yenilənmiş planın həyata keçirilməsini razılaşdırıb. Plan ötən il Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin rəhbərliyi altında hazırlanıb və böyük keçidə hesablanıb, lakin hər dəfə icra müddətlərinin dəyişdirilməsi və prezidentin “qərar verdiyi” yarıtmaz tədbirlər ona gətirib çıxarıb ki, bu planın tam miqyasda həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.
Bu ilin yazının ortalarından başlayaraq Putin təhlükəsizlik qüvvələrinin təmizlənməsi ideyasını yenidən gündəmə gətirib və eyni zamanda, təxirə salınmış plan geri qaytarılaraq yenilənənb və yekunlaşdırılıb. Güc strukturlarında müqavimət və böhran yaratmamaq üçün mərhələ-mərhələ təmizləməyə hazırlaşırlar. Onlar əvvəlcə DİN-i mərhələlərlə və dalğalarla “təmizləyəcəklər”, əvvəlcə Putinin dediyi kimi “yuxarıları darayacaqlar”, sonra isə orta və aşağı səviyyələri, sonra yenidən nazirliyin rəhbərliyinə qayıdacaqlar. Oktyabr ayına kimi yekunlaşdıracaqlar. Sentyabrda Müdafiə Nazirliyi və Baş Qərargahın eyni qaydada - yuxarıdan aşağıya və yenidən rəhbərliyə qədər incəlməsinə başlamaq planlaşdırılır. Kolokoltsev, Şoyqu və Gerasimov əsas qərarlar qəbul etmək imkanı olmadan yeni Nazirlər Kabineti formalaşana qədər öz vəzifələrini nominal olaraq qoruyacaqlar.
Putin şəxsən bir daha FTX direktoru Bortnikova söz verib ki, onu bu ilin oktyabrın 17-də tutduğu vəzifədən azad edərək, layiqli istirahətə göndərəcək, Bortnikov dəfələrlə prezidentdən bunu etməyi xahiş edib. Plana görə, FTX-nın təmizlənməsi noyabrın 14-də başlayacaq və yeni direktor təyinatı ilə pərdələnəcək, necə deyərlər “yeni süpürgə, yeni qaydada süpürür”. Oktyabrın 17-də ölkəni yenidən bəlkə də ən vacib təyinat gözləyir. Putin FTX direktoru ilə eyni vaxtda Dmitri Patruşevin baş nazir təyin edilməsi ilə hökuməti istefaya göndərməyi planlaşdırır. 19 dekabr 2022-ci ildə Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin martında Rusiyada növbədənkənar prezident seçkilərini elan etməlidir. Planlar əsas aktorlarla razılaşdırılıb və Rusiya prezidenti Vladimir Putin tərəfindən təsdiqlənib.
Bu məlumatların nə dərəcədə doğru və ya “fake” olduğunu müəyyən etmək indi bizim üçün çətindir. Ona görə də bizə yalnız bu deyilənləri unutmamaq şərtilə gözləmək qalır. Hər şey ola bilər. Müharibədə məğlubiyyət də, saray çevrilişi də, sui-qəsd də, ağlımıza gəlməyən digər variantlar da. Bütün hallarda elə də çox zaman qalmayıb. Tezliklə bu planların necə həyata keçiriləcəyini və ya düzəldiləcəyini görəcəyik.