
“Snapback”in müəllifi kimdir?
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
Türkiyənin Rusiya enerjisindən imtina etməsi ehtimalına Moskvadan cavab
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Beynəlxalq güclərin savaşı ölkədə qütbləşmə yaradıb
Kreml Moskva görüşü təklifini xatırlatdı
Gürcüstanı Rusiyanın təsiri altına salan hiyləgər rus "çar"ı, indi də Moldovanın üzərinə əl qoyur...
Rusiyadan Almaniyaya sərt ittiham
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Beynəlxalq mövzulara maraq göstərənlərin az qala hamısı bilir ki, Rusiyada muzdlu “Vaqner” qruplaşmasının təsisçisi Evqeniy Priqojindir. Bu şəxs Kreml sahibi Vladimir Putinin Sankt-Peterburqdan yaxın dostudur. Priqojin Putinin hesabına varlanıb. Onun “Konkord” şirkəti ərzaq təhcizatı ilə məşğuldur, o cümlədən Priqojin Kremldəkilərin bahalı süfrələrinə cavabdehdir. Prqiojin bu mənada Putinin şəxsi aşbazı titulunu da daşıyır. Bunun hesabına Priqojin dövlətin tenderlərində əsas pay sahibidir.
Priqojin illər uzunu “Vaqner”lə bağlılığını təkzib edib. Nəhayət o bugünlərdə etiraf edib ki, “Vaqner” muzdlu qruplaşmasını 2014-cü ildə təsis edib. Niyə məhz 2014-cü il? Görünür, Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdən sonra muzdlu qruplaşmaya ehtiyac duyub. Bu ideyanın arxasında şəxsən Putinin dayandığını zənn edirəm. O düşünüb ki, oxşar şirkətlər rəqibi ABŞ-da varsa, Rusiyada niyə olmasın? Putin bu işi varlanmasına imkan saxladığı ən yaxın dostuna tapşırıb. “Vaqner” muzdluları Liviya, Suriya savaş təcrübəsindən çıxdıqdan sonra Ukraynaya göndəriliblər. “Vaqner”in Ukraynada itkiləri çoxdur. Putin itkilərin yerini doldura bilmədiyinə görə qismən səfərbərliyə ehtiyac duyub. Priqojinin özü isə Rusiya həbsxanalarını gəzərək əfv qarşılığında məhbusları Ukraynaya ölümə göndərməklə məşğuldur.