“Məncə bu, ağılsızlıqdır”
Co Bayden: “Onunla görüşmək üçün heç bir səbəb görmürəm”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Dəstək, yoxsa sərvət?
ABŞ-dan Ukraynaya milyardlarla dollarlıq hərbi yardım yoldadır
-
375 milyonluq hərbi yardım
Bayden Zelenski ilə görüşündə Ukraynaya tam dəstəyini təkrarlayıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Məsuliyyətsiz ifadə”
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
-
“Nəhayət, bizə qoşuldu”
Sosial media şokda: “Bütün siyasi karyerasında etdiyi ən ağıllı şey”; “Yuxulu Co, Tramp qatarına xoş gəlmisiniz!!!”
-
Bayden hamını təəccübləndirdi
ABŞ prezidenti Donald Trampın məşhur “MAGA” papağını geyindi
-
Baydenə “Əfqanıstandan qaçmaq” ittihamı
“Administrasiyasının imicini əməkdaşların təhlükəsizliyindən üstün tutub”
-
“Mühakimə olunacaqlar!”
Tramp 2020-ci il seçkilərində saxtakarlıq etdiklərini iddia etdiyi şəxslərlə bağlı mesaj verdi
-
Bayden günahını etiraf etdi
ABŞ prezidentinin oğlu Hanter 17 il həbs və 1 milyon cərimə oluna bilər
-
Hanter Baydenin etirafı
ABŞ prezidentinin oğlu vergidən yayındırdığı pulları bahalı avtomobillərə, narkotik və fahişələrə xərcləyib
-
Yarım milyardı çölə atdılar
550 milyon dollarlıq fiaskonun arxasından Bayden çıxdı
-
Baydendən Ukraynaya yeni hərbi yardım
Məbləği açıqlanmayan yardım paketinə raket sistemləri və PUA-lar daxildir
-
“Tramp müharibəni dayandıracaq”
“Bayden 2022-ci ildə Ukrayna və Rusiya arasında sülh sazişini əngəllədi”
Prezident Co Bayden Vladimir Putini “rasional oyunçu” (məqsədyönlü) olduğunu, lakin onun Ukraynaya hücumu zamanı Ukrayna xalqının müqavimətini yatırmaq qabiliyyətini lazımi səviyyədə qiymətləndirmədiyini deyib. Bayden bunu çərşənbə günü axşam CNN telekanalında yayımlanan eksklüziv müsahibəsində səsləndirib.
“Fikrimcə o, çox pis hesablayan rasional oyunçudur”, – deyə, Bayden jurnalist Cek Tapperə verdiyi müsahibəsində bildirib.
Bayden çərşənbə axşamı Putini rasional siyasətçi hesab etdiyini desə də, Putinin bu ilin fevralında müharibəyə başladığı zaman elan etdiyi məqsədləri “gülünc” adlandırıb.
“Onun dediklərinə qulaq asın. Onun bu qərardan sonra etdiyi çıxışına qulaq asın. O, bütün rusdillilərin birləşdiyi Rusiyanın lideri olmağın zəruriliyini bəyan etdi. Məncə bu, ağılsızlıqdır”, – Bayden deyib.
Baydenin sözlərinə görə, Putin təkəbbürlə ukraynalıların Rusiyaya boyun əyəcəyini güman edirdi, lakin onun bu təsəvvürü ölkə içərisindəki şiddətli müqavimətlə alt-üst oldu.
Bayden “Düşünürəm ki, onun məqsədləri rasional deyildi. O, onu qollarını açaraq qarşılayacaqlarını, Kiyevin ana Rusiyanın vətəni olacağını və orada alqışlanacağını düşünürdü və mən hesab edirəm ki, o, sadəcə olaraq tamamilə səhvə yol verib”, – deyib.
Keçən həftə son 60 ildə ən yüksək nüvə riski, “Armageddon” barədə xəbərdarlıq edən Bayden verdiyi müsahibəsində Rusiyanın təhdidlərinin fəlakətli “səhvlərə” və “yanlış hesablamalara” səbəb ola biləcəyini desə də, ABŞ-ın buna dəqiq necə cavab verəcəyi barədə ətraflı məlumat verməkdən imtina edib.
Gələn ay İndoneziyada keçiriləcək G20 sammitində Putinlə görüşüb-görülməyəcəyi ilə bağlı sualın cavabında Bayden danışıqlar aparmaq üçün heç bir tutarlı səbəb görmədiyini bildirib.
“Bu, konkret olaraq nə haqqında danışmaq istədiyindən asılı olacaq”, – deyən Bayden əlavə edib ki, əgər Putin həbsdə olan amerikalı basketbol ulduzu Britni Qrinerin azadlığa buraxılmasını müzakirə etmək istəsə, o, (ABŞ prezidenti) belə bir söhbətə açıq olacaq.
“Düşünürəm ki, o, hərbi cinayətlər törədib. Ona görə də indi onunla görüşmək üçün heç bir səbəb görmürəm”, – deyə, prezident əlavə edib.