“Bacılar” vidalaşır
Rusiyadan həmlə – kartlar yenidən paylanır
Təhməz ƏSƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
Makronu devirmək üçün ilk addım
Fransanın radikal solçuları hücuma keçib
-
Makrona bəd xəbər
İmpiçment qanun layihəsi parlament komissiyasında müzakirəyə çıxarılacaq
-
La-Manş boğazında faciələr bitmir
Qayığın batması nəticəsində 8 qanunsuz miqrant ölüb
-
“Fransa III Dünya müharibəsindən qorxur”
Rusiyanın nüvə silahını işə sala biləcəyini vurğulayan açıqlamaları Qərbdə narahatlıq yaradıb
-
MAQATE-də İran müzakirələri
Qərb Tehranın nüvə silahları əldə etməsinə mane olmaqda qərarlıdır
-
4 alpinistin cəsədi tapılıb
Mont Blan dağına qalxarkən itkin düşmüşdülər
-
110 min nəfərlik etiraz yürüşü
Fransada Makron əleyhinə nümayişlər getdikcə kütləviləşir
-
Fransızlar küçələrə axışdı
Makronun Barnieri baş nazir təyin etməsi xalqın kütləvi etirazlarına səbəb oldu
-
Le Pendən asılı olan Makron
Radikalların yüksəlişini dayandırmaq üçün parlament buraxan prezidentin baş naziri ifrat sağın nəzarətindədir
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Makron tutduğunu buraxmadı
Fransa prezidenti solçuların vahid namizədini imtina edib və sağçı Barnieri baş nazir qoydu
-
Solçu ittifaqdan Makrona ittiham
“Ölkəni özünün qurduğu çıxılmaz vəziyyətə sürükləyir”
-
... Hökumət yoxdur
Dövlət borcu xirtdəyə dirənən Fransada bu ay büdcə tərtib olunmalıdır, amma ...
-
Makronu girələyən əcəl
Fransa prezidentinin impiçmenti ilə bağlı 186 mindən çox imza toplanıb
44 günlük Vətən müharibəsinin nəticəsi Ermənistanın Rusiyadan qoparılması ilə nəticələnməsində bir təkan oldu.
Heç kəsə sirr deyil ki, Moskva ilə İrəvanın uzunmüddətli müttəfiqliyi İkinci Qarabağ müharibəsi ilə xeyli dərəcədə korlandı. Ermənilərin tarixən qahmarçısı olmuş, onların Qarabağa yerləşdirilməsində, elə I Qarabağ savaşında əvəzsiz dəstəkçisi olmuş rusların ermənilərə bu dəfə KTMT səviyyəsində dəstək verməməsi münasibətlərdə ciddi çat yaradıb.
Kremldən qaynaqlanmayan səbəblər ...
4 il əvvəl Ermənistandakı inqilab, hakimiyyətə Sorosçu Nikol Paşinyanın gəlişi, onun Moskva üçün əhəmiyyətli olan “Qarabağ klanı”ndan həbslərə başlaması, Robert Köçəryanın azadlığa buraxılması üçün Rusiya prezidenti Vladimir Putinin xahişinin eşitməməsi, ölkədə rus telekanallarını qadağan etməsi, məktəblərdə rus sektorlarını ləğvi Ermənistan baş nazirinin əsas hədəflərinin nədən ibarət olacağını öncədən təxmin etməyə yardım edən məqamlar idi.
Üstəlik Paşinyanın hakimiyyətə gəldikdən dərhal sonra ilk təxribat xarakterli addımlarından birini məhz KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) qarşı atması - təşkilatın baş katibi Yuri Xaçaturova qarşı cinayət işi qaldıraraq, onu həbsə atdırması və nəticədə KTMT nin fəaliyyətini uzun müddət iflic vəziyyətinə salması ilk növbədə Rusiyaya qarşı verilmiş qərar kimi xarakterizə edilə bilər ki, bütün bu sadalanan faktlar fonunda Paşinyanın bütövlükdə anti-Rusiya ritorikası əlaqələri tarixi relsdən çıxardı.
Lakin Ermənistan hərbi-siyasi hakimiyyəti elə düşündü ki, Moskvanın İrəvan qarşısındakı öhdəliyi ömürlükdür. Ermənistanda yeni iqtidarın bu mövqeyi, Rusiyanın əksinə verdiyi qərarlar elə öz başlarında çatladı. Ermənilər ümid edirdilər ki, İkinci Qarabağ müharibəsi zamanı yenə onların dadına müttəfiqləri, keçmiş sahibləri çatacaq. Amma göründü ki, Moskva Paşinyanın çox da nazı ilə oynamaq fikrində deyil.
Bunu elə erməni baş nazirinin KTMT vasitəsi ilə Rusiyanı Azərbaycana qarşı müharibəyə təhrik etmək üçün ardı-arası kəsilməyən müraciətləri, telefon zənglərinə cavab olaraq Kreml rəhbərinin “Müharibə Azərbaycan ərazisində gedir” deməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın xeyrinə hərbi müdaxiləni dəstəkləməməsi faktı da təsdiq etdi.
Rusiyanın bu mövqeyi Paşinyanın Ermənistanda anti-Rusiya ab-havası yaratmaq imkanlarını genişləndirdi. Müharibənin bitdiyi iki il ərzində bu istiqamətdə Ermənistanda anti-Rusiya ritorikasının xeyli irəli getdiyini, bu gün erməni cəmiyyətində Rusiyaya birmənalı münasibət bəslənmədiyini açıq sezmək mümkündür.
İndi də görürük ki, Paşinyan hakimiyyəti və erməni cəmiyyəti Rusiyadan qopmaq arzuları ilə alışıb-yanırlar. Bundan sonra Moskva-İrəvan münasibətlərinin necə olacağı da qeyri-müəyyəndir. Çünki Paşinyan ABŞ prezidenti Co Baydenə və Avropa Birliyinə böyük ümidlər bəsləyir.
Biz buna Ermənistanın Rusiyanın maraqlarına zidd olaraq öz ərazisinə (Azərbaycanla sərhədlərinə) Avropa İttifaqı və ATƏT-in mülki missiyalarını dəvət etməsi fonunda da növbəti dəfə şahid olduq. Bununla Nikol Paşinyan hakimiyyəti Rusiyaya qarşı inamsızlığını və artıq Kremli saymadığını, ona heç bir əhəmiyyət vermədiyini açıq nümayiş etdirmiş oldu.
Belə ki, oktyabrın əvvəlində Praqa bəyanatında ən vacib məqamlarından biri sərhədlə bağlı oldu. Razılaşmaya görə, Nikol Paşinyan Avropa İttifaqı və Fransa Azərbaycan-Ermənistan sərhədinə “mülki missiya” göndərməyə razılıq verdi. Ermənistan belə bir razılıq ilə Qərbə imkan yaratdı ki, bu missiya ilə bölgədə iştirakçılıq payını artırsın və Rusiya qarşısında güc balansını müəyyən qədər təmin edərək, Moskvanın rolunu bölgədə bir az da azaltmağa müyəssər olsun.
Rəsmi İrəvan bu missiya ilə eyni zamanda sərhədin delimitasiyasında istəyini təmin edə biləcəyini hesab edir: Rusiyanın təsirini azaldır; delimitasiyanın SSRİ xəritələri ilə müəyyən edilməsinin gündəmdən çıxarmaq və Azərbaycanın bu xəritələrə əsaslanaraq, sərhəd xəttini hərbi müstəvidə bərpa etməsi perspektivinin qarşısını almaq imkanı qazana biləcəyi qənaətindədir.
Ermənistan çırmandı çay gəlməmiş, qızışdı yay gəlməmiş...
Cücəni payızda saymağı lap unudan Paşinyan və komandasının Rusiyanı nəzərə almadan bu cür tələsik qərarları elə Ermənistanın başında çatlayacaq kimi görünür. Çünki bu gün Putinin də iştirak edəcəyi KTMT-nin sammiti öncəsi nə qədər də İrəvanda Kreml rəhbərinin səfərinə etiraz olaraq keçirilən aksiya ilə Nikol Paşinyan Rusiya prezidentinə “erməni xalqı sizdən cavab gözləyir” mesajını verərək, bununla toplantıda istəyinə nail olmaq gedişi etməyə çalışsa da KTMT-nin Bakıya qarşı İrəvanın istədiyi mövqeyi sərgiləcəyi gözləntisi azdır.
Buna ən böyük səbəblərdən biri elə təşkilat üzvlərindən Qazaxıstan və Qırğızıstanın Türk Dövlətləri Təşkilatının fəal üzvü olaraq xüsusilə son zamanlar Azərbaycanla olan müxtəlif sahələri əhatə edən hərtərəfli yaxınlaşması və Belarusla bütün müstəvilərdəki xoş münasibəti göstərmək olar. Nəzərə alsaq ki, Rusiya da prosesdə tərəf olmaq niyyətində deyil, bu dəfə də İrəvanın planının baş tutmayacağı istisna edilmir.
Əsasən də bu sammitdə Putinin xüsusilə iştirak etmə səbəbi Aİ-nin monitorinq missiyasının bölgəyə gəlişinə qarşı gediş etmək və sərhəd məsələsində dəyişən balansı bərpa etmək məqsədi daşıdığı ehtimalları yüksəkdir. Bununla da bugünkü toplantıda Qərb missiyalarını bölgəyə gətirən Paşinyanın planına tam cavab verməsə də KTMT missiyasının Azərbaycanla sərhəddə (qüvvələr Azərbaycan yox, Ermənistan ərazisində yerləşə, müşahidəni oradan apara bilər, Aİ-nin monitorinq qrupu kimi) göndərilməsi qərarı verilərsə, Kreml rəhbəri Fransa başqa olmaqla Aİ-yə getmək üçün qapını göstərmək niyyətindədir.
Çox güman ki, Rusiya eyni zamanda Ermənistanın Qərb siyasətini deaktivləşdirmək məqsədi ilə İrəvan və Bakı ilə münasibətdə “nə şiş yansın, nə kabab” riktorikasını əsas tutmağa çalışacaq. Rəsmi Moskva Bakıya qarşı cəbhə almadan Ermənistanı razı salmağı ən məqbul variant hesab edir. KTMT sammitdən Ermənistan üçün yadda qalan nəticə əldə olunacağı inandırıcı görünmür. Proseslərin gedişi öncədən deməyə əsas yaradır ki, sammitin ardınca Ermənistan yenə “bacısına” (Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev Fransa və Ermənistanla bağlı zarafat edib bunları deyib: “Onlar bir-birinə “qardaş” da deyə bilərdilər, amma nədənsə “bacı” deyirlər...”) üz tutacaq, ona çıxış yolu tapmaqda yalvaracaq...