
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Ukrayna Rusiyanın zərbələri nəticəsində elektrik şəbəkəsinə dəyən zərəri aradan qaldırmağa çalışdığı və paytaxt və ölkənin digər bölgələrində yaşayan sakinləri elektrik enerjisindən istifadəni məhdudlaşdırmağa çağırdığı bir vaxt Dünya Səhiyyə Təşkilatı (DST) Ukraynada milyonlarla insanın “həyat üçün təhlükəli” bir qışla üzləşdiyi barədə xəbərdarlıq edib.
“Bu qış sağ qalmaq uğrunda mübarizə demək olacaq”, – DST-nin Avropa üzrə regional direktoru Hans Kluge deyib.
Kluge bazar ertəsi jurnalistlərə deyib ki, “Səhiyyə və enerji infrastrukturuna hücumlar yüzlərlə xəstəxana və səhiyyə müəssisəsinin artıq fəaliyyətinin tam dayanması, yanacaq, su və elektrik enerjisinin olmaması deməkdir”.
O həmçinin ölkə üçün sağlamlıq problemləri, “tənəffüs sistemində “COVID-19 və qrip kimi yoluxucu xəstəliklər, peyvənd olunmamış insanlarda difteriya və qızılca kimi ciddi xəstəliklər riski” barədə xəbərdarlıq edib.
Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi gecə etdiyi çıxışında Kiyev sakinlərini enerjiyə qənaət etməyə çağırıb. O həmçinin Vinnitsa, Sum və Odessa da daxil olmaqla, ölkənin ağır zərər çəkmiş digər rayonlarının sakinlərinə də eyni tövsiyəni edib.
“Rusiya terrorçularının zərbələri nəticəsində enerji sistemimizə sistematik şəkildə dəyən zərər o qədər böyükdür ki, bütün əhalimiz və bizneslərimiz diqqətli olmalı və gün ərzində enerjidən istifadəni bölüşdürə bilməlidir”, – deyə Zelenski bildirib.
Ukraynaya ağır qış gəldiyi bir vaxt Rusiyanın Ukraynanın elektrik şəbəkəsinə və digər əsas infrastrukturlarına havadan hücumlar həyata keçirməsi nəticəsində milyonlarla ukraynalının yaşadığı ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olur.
“The Associated Press” xəbər agentliyinin bildirdiyinə görə, Ukraynanın dövlət şəbəkə operatoru “Ukrenerqo” ölkə daxilində azı 15 əsas enerji qovşağının zədələnməsi səbəbindən ukraynalıların 40 faizinin çətinliklərlə üzləşdiyini bildirib.
Ukrayna hökuməti bu yaxınlarda azad edilmiş Xerson və qonşu Nikolayev vilayətinin infrastrukturuna dəyən zərərin çox böyük olması və insanların qarşıdan gələn qışa dözə bilməyəcəyindən ehtiyat edərək mülki əhalinin evakuasiya edilməsinə çağırıb.
Ukrayna baş nazirinin müavini İrina Vereşuk son aylar Rusiya qüvvələri tərəfindən mütəmadi olaraq atəşə tutulan iki cənub bölgəsinin sakinlərinə ölkənin daha təhlükəsiz, mərkəzi və qərb bölgələrinə köçmək tövsiyə olunduğunu bildirib.
Onun sözlərinə görə, hökumət əhalini nəqliyyat, yaşayış və tibbi yardımla təmin edəcək.
Evakuasiyalar Ukraynanın Xerson şəhəri və onun ətrafındakı rayonları azad etməsindən bir həftədən çox vaxt keçməsindən sonraya təsadüf edir. Ərazinin azad edilməsi döyüş meydanında böyük bir nailiyyət olsa da, evakuasiyalar Rusiyanın enerji infrastrukturunu güclü atəşə tutmasından sonra ölkənin üzləşdiyi çətinlikləri vurğulayır.