
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Fransa prezidenti Emmanuel Makronun mümkün sülh danışıqları üçün Rusiyadan “təhlükəsizlik zəmanəti” tələbi Ukrayna administrasiyasının kəsin reaksiyasına səbəb olub.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov “Kimsə terrorçu və qatil ölkəyə təhlükəsizlik zəmanəti vermək istəyir”, – deyib.
Danilov bildirib ki, “nüvə silahından azad və ordusu tərksilah edilmiş Rusiya” mümkün sülh danışıqlarında yeganə təhlükəsizlik zəmanəti olacaq.
Bundan əlavə, şuranın katibi II Dünya müharibəsində bəşəriyyətə qarşı cinayət törədən nasist liderlərinin mühakimə olunması üçün 1945-1946-cı illərdə fəaliyyət göstərən Nürnberq Beynəlxalq Hərbi Cinayət Məhkəməsinə istinad edərək, "Nürnberq yerinə Rusiya ilə müqavilə imzalayıb əl sıxmalıyıqmı?" dedi.
Ukrayna Prezident Aparatı rəhbərinin müavini Mixail Podolyak “Twitter”də yazıb: “Sivil dünyanın Putindən sonrakı Rusiyanın barbar niyyətlərinə qarşı “təhlükəsizlik zəmanəti”nə ehtiyacı var”.
Makronun bəyanatına reaksiyalar təkcə Ukrayna ilə məhdudlaşmayıb. Qərb ölkələrinin liderləri ukraynalı rəsmilərin sözlərinə qüvvət verib.
Latviyanın baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks, “Rusiyaya təhlükəsizliyin təmin edilməsi ilə müharibəni bitirmək ideyası ilə hərəkət etmək Kremlin tələsinə düşmək deməkdir”, – deyib.
Finlandiyanın keçmiş baş naziri Aleksandr Stabb da Fransa liderini tənqid edib: “Rusiya ilk növbədə digər ölkələrə hücum etməyəcəyinə zəmanət verməlidir”.