Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
22:28 | 13 dekabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1654 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Ötən həftə sonu Rusiya prezidenti Vladimir Putin güc və hərbi blokların rəhbərliyinin nümayəndələri ilə iki görüş keçirib.
Görüşlər videobağlantı vasitəsilə keçirilib, lakin əvvəlki görüşlərdən bir fərq olub ki, Putin öz ekranında görüş iştirakçılarını görsə də, görüş iştirakçılarının ekranlarında heç bir görüntü olmayıb. Bir gün əvvəl Putin sadə proktoloji əməliyyat keçirib və həkimlərin tövsiyəsi ilə uzanıqlı vəziyyətdə görüşlər keçirməyə məcbur olub. Odur ki, görüş zamanı prezidentin görüntüsü olmayıb və iştirakçılar ancaq Putinin səsini eşidiblər. Görüşlərdə cəbhədəki vəziyyət, səfərbərliyin qarşıdan gələn mərhələsi kimi məsələlər müzakirə edilib. Prezident güc blokunun rəhbərliyinin nümayəndələri ilə dar çərçivədə hərbi blokun rəhbərliyində kadrlarla bağlı qərarların qəbulunun zəruriliyini müzakirə edib. Hərbi blokda kadrlarla bağlı qərarlar çoxdan yetişib və Putin bu məsələləri təhlükəsizlik qüvvələri ilə ünsiyyətdə müzakirə edib. Lakin burada əsas məsələ odur ki, kadrlarla bağlı istənilən qərar “yeni ərazilərin” itirilməsi ilə bağlı olacaq. Yəni günahkarları müəyyən etmək lazımdır. Yəni, cəzalandırmaq deyil, sadəcə olaraq, yumşaq, lakin meydan oxumaqla, rəhbər vəzifədən uzaqlaşdırmaq lazımdır. Müzakirə mərhələsində Putin ərazilərin itirilməsindən əvvəl rotasiyaların nə vaxt aparılmasının daha məqsədəuyğun olduğunu qərarlaşdırmağa və beləliklə, hərbi blokun rəhbərliyinin hazırkı tərkibini əsas zərbədən çıxarmağa çalışır, itkiyə görə məsuliyyəti həmin şəxslərlə bölüşür.
Ola bilsin ki, Putin görüş iştirakçılarının ekranlarında onun heç bir şəklinin olmadığını anlayaraq, həmişəkindən çox danışıb, lakin ilk dəfə olaraq, bu qədər geniş dairədə BÜTÜN işğal olunmuş ərazilərin, o cümlədən Krımın itirilməsi ehtimalını da dilə gətirib. İclasın bəzi iştirakçıları üçün bu açıqlamalar böyük sürpriz olub, çünki bundan əvvəl Putinə “cəbhə xəttini ixtisar etməklə və ərazilərin bir hissəsini təslim etməklə, digər istiqamətlərdə mövqelərini möhkəmləndirmək” kimi müxtəlif variantlar təklif edilib. Amma hətta prezidentin ən yaxşı halda tutqun şəkildə susduğu, ən pis halda isə “siz ancaq hər şeyi zibilləməyi bilirsiniz” deyə qışqırmağa başladığı görüşlədə də Krım haqqında heç bir fikir söylənilməyib. İndi isə Putin açıq şəkildə “yeni ərazilərin” itirilməsini etiraf edib, baxmayaraq ki, o, bunun ortamüddətli perspektivdə, yəni, “növbəti ilin sonu – 24-cü ilin əvvəlində” ola biləcəyinə işarə edib. Bəyanatın özü böyük şəhərlərin onlardan geri çəkilməmişdən əvvəl və çıxma zamanı dağıdılmasının müzakirəsi kontekstində olub. Rusiya vətəndaşları üçün geri çəkilməyə “keçmiş Ukrayna şəhərlərinin NATO silahları ilə” tamamilə dağıdılması adı ilə haqq qazandırılmalıdır. Deyilə bilər ki, orada yandırılmış torpaqdan savayı müdafiə ediləcək heç bir şey yoxdur. Putinin fikrincə, Donetsk və Luqansk tamamilə yer üzündən silinməlidir, Krımla bağlı da eyni plan nəzərdə tutulur. Lakin bu, prezidentin iddia etdiyi kimi, “əl atılacaq son çarədir”.