vaxtlı-vaxtında oxuyun! Bazar, 8 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AVROPA  
20:22 | 16 iyul 2024 | Çərşənbə axşamı Məqaləyə 112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Olimpiada öncəsi “sosial təmizləmə”

QHT fəalları Parisdə mühacirlərin evakuasiyasına etiraz edir

FATEH

Fransada fəallar “Paris 2024 Olimpiya Oyunları”na hazırlıq çərçivəsində paytaxt Parisdə qeyri-qanuni mühacirlərin evakuasiyasına etiraz ediblər.

Qeyri-hökumət təşkilatı (QHT) “Le Revers de la Medaille” fəalları Parisdə Olimpiya məşəlinin iki günlük turunun son dayanacağı Respublika meydanında aylardır davam edən “sosial təmizləmə”ni hədəf alan etiraz aksiyası keçiriblər.

Olimpiadaya hazırlıq çərçivəsində paytaxtda qeyri-qanuni mühacirlərin məskunlaşdığı bir çox binanın boşaldılmasına etiraz edən nümayişçilər Respublika Meydanında Olimpiya məşəlini qarşılamaq üçün təşkil edilən konsertdə bir araya gəlib.

Konsert səbəbiylə çox sayda vətəndaşın olduğu meydanda bir binada rəngli tüstü bombaları ilə nümayiş keçirən aktivistlər “Olimpiya Oyunları = 12 min evakuasiya” yazılı pankart açıblar.

Ölkədə 80-dən çox assosiasiya və QHT aylardır ki, olimpiada öncəsi paytaxt küçələrində aparılan “sosial təmizləmə”yə etiraz edir.