Endirim üçün ev sahibini aldatdı
Dünyanın ikinci ən varlı adamı məhkəməlik olub
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
100 milyardı olan milyarder
«Qara Cümə»nin rekorda çatdırdığı Ceff Bezos «Amazon» şirkətini 22 il əvvəl Sitldəki evinin zirzəmisində yaratmışdı
-
Dünyanın ən varlı insanları alış-veriş edərkən möhkəm sövdələşmələr edərək, istədikləri qiymətə gəlirlər. 190 milyon dollar sərvətlə “Amazon”un qurucusu Ceff Bezos da onlardan biridir.
190 milyon dollarlıq sərvətlə dünyanın ən varlı adamları arasında yer alan “Amazon” sahibi Mayamidə aldığı evin qiymətini aşağı salmaq üçün kimliyini gizlədərək və bazarlıq etdiyi ortaya çıxıb.
Mayamidəki 7 otaqlı dəbdəbəli evin satış sənədlərinə görə Bezos evi alarkən dünyanın 2-ci ən zəngin adamı olduğunu gizlədib. Evi satan Leo Kriss Bezosun onu aldatdığını və qiyməti 6 milyon dollar aşağı saldığını bildirib.
Kriss satışa vasitəçilik edən daşınmaz əmlak şirkətini məhkəməyə verəcəyini, alıcının Bezos olduğunu bilsəydi, endirim etməyəcəyini deyib.
İş adamı Kriss, teatrı və şərab zirzəmisinin də olduğu evi keçən il 85 milyon dollara satışa çıxarıb. Daşınmaz əmlak şirkətinin evi almaq istəyən şəxsin 79 milyon dollardan artıq pul verməyəcəyini bildirən Kriss aldadıldığını deyib.
Milyarder Tom Breydi, David Quetta və İvanka Tramp kimi məşhur adlar da evin yerləşdiyi Mayamidəki “Indian Creek” bölgəsində yaşayır.