Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
20:03 | 8 fevral 2025 | Şənbə
Məqaləyə 256 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Rusiya prezidenti Vladimir Putini təhqir edən rusiyalı müğənninin polis reydi zamanı öldüyü bildirilir. Bu barədə hüquq müdafiə təşkilatı OVD-İnfo məlumat yayıb.
Müğənni Vadim Stroykinə Ukrayna ordusuna pul bağışladığına görə cinayət iş açılıbmış. Polis bu səbəbdən sənətçinin evinə basqın həyata keçirib.
Həmin vaxt başqa otağa keçən 59 yaşlı sənətçinin 10-cu mərtəbədəki evinin pəncərəsindən yıxılaraq öldüyü yazılır.
“Mash na Moike” Telegram kanalındakı paylaşımda Stroykinin polisin basqını zamanı pəncərədən atılaraq intihar etdiyi iddia edilir.
Sənətçinin necə öldüyü hələlik məlum deyil. Rusiya İstintaq Komitəsinin hadisə ilə bağlı araşdırmalara başladığı bildirilir.
Stroykin “VK” sosial media platformasındakı paylaşımlarında Putini Ukrayna müharibəsinə görə tənqid edib.
Sənətçi 2022-ci ilin mart ayında yazdığı yazıda aşağıdakı ifadələrdən istifadə edib: “Putin öz xalqına və qardaş xalqına müharibə elan etdi. Mən onun ölməsini istəmirəm. Mən onun mühakimə olunaraq həbsə atılmasını görmək istəyirəm”.
Stroykin, keçən ilin fevralında müxalif siyasətçi Aleksey Navalnının ölümündən sonra Kremli hədəfə alan yazıda “alçaqlar” da yazıb.
***
Digər xəbərdə Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk şəhərində baş verən qarşıdurmalardan sonra cəbhə bölgəsinə qayıtdığı bildirilir.
Ukrayna prezidenti Vladimir Zelenski dünən verdiyi açıqlamada Şimali Koreya qırıcılarının rus əsgərləri ilə birlikdə Kursk cəbhəsinə yerləşdirildiyini iddia edib.
Pxenyanın Ukrayna cəbhəsinə təxminən 11 min əsgər göndərdiyi güman edilir. Şimali Koreya əsgərləri bir neçə həftə idi ki, cəbhə xəttində görünmürdü.