

“Heç kim Putinə qarşı Ərdoğan kimi oynaya bilmədi”
Brüsselin son ümidi Türkiyəyə bağlıykən yunan baş nazir qaşınmayan yerdə qan axtarır
Yunanıstanda 2023-cü ildə baş verən qatar qəzasına qarşı etiraz aksiyası şiddətə çevrilib
Qatar qəzasının ikinci ildönümü ilə əlaqədar etirazlar və tətillər səbəbindən Yunanıstanda həyat durdu
Yunan mətbuatında Türkiyə etirafı – Meteorların satışının qarşısını almaq mümkün deyil
Parisdən əliboş qayıdan Mitsotakisun yeni hədəfi İngiltərə olub
Şəhər mərkəzinə axışan fermerlər baş nazirin olduğu hotelə doğru hərəkət ediblər
Müxalifət ölkəsinin Fransada Ukrayna sammitindən kənarlaşdırıldığnı iddia edir
Qalmaqallı Türkiyə-Yunanıstan müqayisəsi: “ABŞ öz seçimini etməlidir”
Mitsotakis Parisdə gözlədiyini almadı...
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
Yunanıstan hökuməti kirayə ev sahiblərinə 3 illik vergi azadlığı vəd edib
Görənlər dəhşətə gəlib, 100 tondan çox ...
Nazir fəlakətlərə görə iqlim dəyişikliyini səbəb göstərir
Yunanıstan sahillərində görünməmiş təbii fəlakət
Egey dənizində son günlər yaşanan sıx seysmik aktivliyin mərkəzində olan Santorini adasında gərgin gözləmə davam edir. Yunanıstanın Mülki Müdafiə Baş Katibliyinin dünənki qərarı ilə Santorinidə martın 1-dək fövqəladə vəziyyət elan edilib.
7 mini bərə, 4 mini isə təyyarə ilə azı 11 min adam adanı tərk edib. Bununla belə, bəzi ada sakinləri doğma şəhərlərini tərk etmək istəmirlər. Adanın sənətkarlarından biri Marqarita Karamoleqkou qarşılaşdıqları çətinlikləri belə izah edir: “Zəlzələnin səsi, başqalarının evlərinin dağılmasının səsləri dözülməzdir. Özümü yorğun hiss edirəm, deyəsən bunun sonu yoxdur, hər gün belədir. Amma heç bir qorxu hiss etmədim. Mən evimi tərk edə bilmərəm, adada qalanları da tərk edə bilmərəm”.
BBC xəbər verir ki, sakinlər ehtiyacı olanlara baxan könüllülərdən ibarət qruplarla adanı patrul çəkirləlr.
Bu qruplardan birində olan Matthaios Fitros, “həssas insanlara dəstək olmaq üçün əlimizdən gələni edirik. Əlillər, qocaların bir çoxu hərəkət etmək, evlərinə getməkdə də çətinlik çəkir. Böyük bir zəlzələ olarsa, mən onların harada yaşadıqlarını dəqiq bilirəm və yanğınsöndürənlərlə birlikdə bacardığım qədər tez onlara çatacağam”, – deyib.
Fitros deyir ki, onlar adadan çıxan insanların evlərinin qarət edilməməsi üçün patrul da aparırlar: “Mən qorxmuram. Biz adamızla fəxr edirik. Ümid edirəm ki, hər şey yaxşı olacaq və bu sınaq tezliklə bitəcək. Ziyarətçilərimizi yenidən aramızda görməkdən şad olarıq”.
Turizm adanın iqtisadiyyatının can damarıdır. Santorini hər il Yunanıstanın ümumi daxili məhsuluna (ÜDM) təxminən 2,5 faiz və ya təxminən 6 milyard avro töhfə verir.
Bəzi mağaza sahibləri də yeraltı təkanlar səbəbindən adanın turizm mövsümündə boş qalacağından narahat olduqlarını bildirirlər.
Bu həftə Afinadan adaya ezam olunmuş mütəxəssislər, sürüşmə təhlükəsinə diqqət çəkmiş və sakinlərin diqqətli olması lazım olduğunu söyləmişdilər.
10 gün ərzində 7700-dən çox kiçik zəlzələ ilə sarsılan adaya ola biləcək böyük zəlzələlərə qarşı ehtiyat tədbiri olaraq əlavə əsgər, polis və yanğınsöndürənlər göndərilib.